"Gəncə" pley-offa yüksələrək "Şəki"yə rəqib olub
Aprelin 13-də kişi basketol klublarının mubarizə apardığı ABL-da pley-in mərhələnin cavab oyunlarına start verilib. Cavab oyunları çərçivəsində ilk olaraq "Lənkəran" klubu ilə "Gəncə" qarşılaşıb. Lənkəran OİK-də baş tutan oyunda qonaq komanda qalib gəlib - 74:100 (19:24, 18:21, 23:29, 14:26). Xatirladaq ki, ilk oyunda da "Gəncə" qalib gəldiyi (92:96) üçün cütün qalibi olub və pley-offa yüksəlib. Bu mərhələdə isə "Gəncə" "Şəki" ilə üzləşəcək.
Aprelin 14-də pley-in mərhələnin daha üç oyunu keçirəcək:
14:00. "Quba"-"Ordu" (ilk oyun 83:91). Cütün qalibi "Neftçi" ilə üzləşəcək.
18:00. NTD - "Abşeron" (ilk oyun 74:88). Qalıb "Naxçıvan"la qarşılaşacaq.
21:00. "Sərhədçi"-"Sumqayıt" (ilk oyun 123:97). Cütün qalibi "Sabah"la üzləşəcək.
İNTİQAM Məmmədov