Sosial şəbəkələrdə özlərini "Şərur" MTK-nin rəhbəri İsfəndiyar Axundovun yaxın qohumları adlandıran şəxslər iş adamının Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə 5 milyon dollar yardım göndərməsi barədə məlumatlar yayıb.
"Şərur" MTK- nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Avropa.info-ya açıqlamasında bildirdi ki, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə yardım edilib, lakin sosial şəbəkələrdə yayılan məlumatlarda bu məbləğ şişirdilib.
"Bildiyimiz kimi, Qardaş Türkiyəyədə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardım, "Qardaş Köməyi” Platforması yaradılıb. Təbii ki, İsfəndiyar Axundov da qardaş köməyini əsirgəmədi. Tanımadığımız şəxslər özlərini İ.Axundovun yaxın qohum adlandıraraq sosial şəbəkələrdə güya beş milyon dollar yardım etdiyimizi yayımlayır. Bəli, yardım etmişik, ancaq məbləğ şişirdilib", -deyə o bildirib.
Tünzalə İsmayılova edilən yardımla bağlı məbləği açıqlamağa ehtiyac duymadığını qeyd edib: "Sadəcə, onu deyə bilərəm ki, yayılan məlumatlar tamamilə yalnışdır".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.