Heydər Əliyev və müstəqillik
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon 167 №-li tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar “Heydər Əliyev və müstəqillik” adlı tədbir keçirdi.
Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova tədbir iştirakçılarına dövlətçilik tarixində yeni səhifə açan, həyat və fəaliyyətini qüdrətli Azərbaycan dövlətinin yaradılmasına, inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən danışdı. Məktəbin müəllimi Gövhər Sadıqova Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan Müstəqillik Gününün yaranma tarixi haqqında məlumat verdi və 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan “Dövlət müstəqilliyi haqqında” qəbul edilmiş Konstitusiya Aktından və onun 6 fəsil, 32 fəsildən ibarət olmasından məlumat verdi.
Məktəbin müəllimi Məlahət Rəvanova çıxışında Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti haqqında fikirlərini bildirdi. Ümummilli Lider Heydər Əliyev demişdi: ”Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz, milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır, mürəkkəb vəzifədir”.
Müəllim Şəlalə Zərbəliyeva şagirdlərə müstəqil Azərbaycan dövlətinin çox çətin yollarla hazırkı mərhələyə çatmasından və Müstəqilik Gününün Azərbaycanın ən möhtəşəm bayramı olduğundan danışdı.
Mərkəzi Kitabxananın baş kitabxanaçısı Gülnarə Cəlilova 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra onun bayrağı, gerbi və himni haqqında qanunların qəbul edilməsi barədə məlumat verdi.
Yuxarı sinif şagirdləri Tapdıq Qarayev, Elmira Hüseynova, Almaz Baxışlı, Rəvanə Ələsgərova, Fuad Qurbanov, Oruc Həsənov, Şahin Həşimov, İsa Allahverdiyev, Zəhra Zeynalova, Məhbubə Abdullayeva dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə, müstəqil Azərbaycan dövlətinə və Vətənimizin ərazi bütövlüyü ugrunda canlarından keçən igid oğullara həsr olunmuş şeirlər söylədilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.