Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi layihələr qrant müsabiqəsinin qalib layihələrindən biri layihə rəhbəri Cabbarlı Əlyəsərin olduğu “Gənc Proqramçıların Təlim Sessiyası”-dır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə 6 yanvar tarixindən 3 fevral tarixinədək Gənclər Təşkilatlarının Resurs Mərkəzində həyata keçirilib.
Layihə çərçivəsində qeydiyyatdan keçən 200-ə yaxın gəncdən 25-i müsahibə mərhələsindən uğurla keçərək iştirak haqqı qazanmışdır.
Təlim müddəti boyunca iştirakçılar, təlimçi İdris Aziyev tərəfindən tədris edilən HTML5, CSS3 və JavaScript texnologiyalarını baza səviyyədə öyrənib və əlavə laboratoriya günləri ilə yiyələndikləri bilik və bacarıqları təkminləşdiriblər. Təlimin sonunda iştirakçılar HTML, CSS və JavaScript-dən istifadə etməklə, hazırladıqları fərdi layihələrini təqdim ediblər.
Fərdi layihələrini uğurla vermiş gənclər dərəcəli sertifikatlarla təltif olunublar. Layihədə aktiv iştirak edən gənclər isə sertifikatla mükafatlandırılıblar.
Layihə zamanı gənclərimizə proqramlaşdırma texnologiyaları, veb-səhifələrin hazırlanması, front-end və back-end texnologiyaları barəsində, bu sahədə çalışan şəxslər tərəfindən geniş məlumat verilib.
Layihənin əsas məqsədi gənclərin, 21-ci əsrin tələbi olan proqramlaşdırmaya, marağını artırmaq və front-end sahəsində bilik və bacarıqlarının təkminləşdirilməsinə yaxından dəstək olmaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.