11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır – 2022” adlı qrant müsabiqəsinin “Gəncdən-Gəncə” istiqaməti üzrə qalibi olmuş Heydər Rzayevin “Gənclərin tədqiqat bacarıqlarının artırılması” adlı təlim layihəsi həyata keçirilmişdir.
Layihəni “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyinin sədri Əli Tağıyev giriş sözləri ilə açıq elan edib və iştirakçılara uğurlar arzulayıb. Daha sonra layihə rəhbəri və “Erasmus Tələbə Şəbəkəsi- Azərbaycan” İctimai Birliyinin idarə heyətinin üzvü Heydər Rzayev təlim iştirakçılarına elmi işlərin yazılması və tədqiqat metodologiyası mövzularında təlimlər keçmişdir. Heydər Rzayev bildirir ki, layihənin əsas məqsədi gənclər arasında tədqiqat mədəniyyətinin formalaşdırılmasına dəstək və onlarda tədqiqat bacarıqlarının artırılmasıdır. Bu məqsədə nail olmaq üçün layihə icraçısı 20 seçilmiş gəncə müvafiq mövzularda təlimlər keçmişdir.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir və Azərbaycan Respublikasının Gənclər Fondu və “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.