Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Məhsuldar qat çöküntülərində kimyəvi elementlərin paylaşmasının süxurların struktur-litoloji-mineraloji xüsusiyyətlərindən asılılığı” mövzusunda elmi seminar keçirilib.
Seminarda Ümumi və tarixi geologiya kafedrasının dosenti Fərrux Həsənov mövzu ilə bağlı çıxış edib. Məruzədə Bulla-dəniz və başqa yataqların neftli çökmə suxurlarının kimyəvi və mineraloji tərkibi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Bulla-dəniz yatağında böyük dərinliklərdə (6314m-dən – 6400m-dək) suxurların kimyəvi və mineraloji tərkibi kəskin dəyişir. Bu intervalda kvars və çöl şpatının miqdarı kəskin azalır, lakin kalsit və barit minerallarının miqdarı artır. Bu kəsilişdə karbonatların əmələ gəlməsi yenidən kristallaşma ilə əlaqədar olub, əsas proseslərdən biri kimi postsedimentasiyon dəyişməsi və polimorf kalsitin yaranmasına səbəb olur.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.