Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) yerli “Azmetkim” MMC və Latviya Respublikasının “Polystylex” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların və innovativ layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətov bildirib ki, əməkdaşlıqda məqsəd təşkilatlararası iki və üçtərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinin təmin edilməsidir.
Həmçinin YTP, “Azmetkim” MMC və “Polystylex” şirkəti ilə birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirməsi və həyata keçirilməsi müzakirə edilib.
Görüşdə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinin innovasiya xarakterli yeni layihələrin işlənilməsinə, hazırlanmasına və kommersiyalaşdırılmasına yeni imkanlar açacağı vurğulanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.