Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən həmin tarix Beynəlxalq Ana Dili Günü elan edilib.
Bu günlə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub.
Sərgidə MEK-in fondlarında yer alan dilçi alimlərimizin müəllifi olduqları dəyərli nəşrlər nümayiş etdirilir. Nəşrlər sırasında Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun “Dil və ədəbiyyat”, “Dilin estetikası”, “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, maarifçi-publisist İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” əsərləri, 4 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, 3 cilddə "Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi”, Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” (Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov) dərsliyi, “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin antonimlər lüğəti”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi” və s. kitablar yer alır.
Sərgi 2 həftə davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.