“İstanbulda sahil bölgələrindən uzaq durmağı məsləhət görürəm”.
Bu barədə türkiyəli geoloq, professor Celal Şengör KAFA TV-nin “YouTube” kanalına müsahibəsi zamanı açıqlama verib.
Professor İstanbulla bağlı qorxulu mənzərə proqnozlaşdırıb.
Şengör Mərmərədə ən az 7 ballıq zəlzələ gözlədiklərini və bu zəlzələnin Yeşilköy və Tuzlada 9 bal gücündə hiss ediləcəyini vurğulayıb. “Yeşilköy və Tuzlada zəlzələnin şiddəti 9-a yüksələcək. Böyük olmasa da, 9 bal gücündə hiss olunacaq. Zəlzələnin böyüklüyünə görə ən az 7 bal gücündə olacağını proqnozlaşdırırıq. Yeşilköydə torpaq qatı da yaxşı deyil. Adalardakı evlər dözümlüdür, amma qırılma xətti burnunuzun dibindədir. Adalarda sunami təhlükəsi olmayacaq, amma möhkəm şəkildə silkələnəcək”, - deyə professor qeyd edib.
Şengör İstanbul zəlzələsinin nə qədər davam edəcəyi ilə bağlı da təxminlərini açıqlayıb.
“Əlimizdə olan məlumatlara görə, İstanbul zəlzələsinin 2 dəqiqə davam edəcəyini düşünürük. Beykoz, Anadolu Hisarı və Bebek dözümlü yerlərdir, lakin Beşiktaşa zəmanət verə bilmərəm. İstanbulda sahil bölgələrindən uzaq durmağı məsləhət görürəm.
Topqapı sarayı da çox təhlükəli yerdədir. İstanbulda dəniz səviyyəsinin yüksəlməsi ehtimalı var”, - deyə o vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.