Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikovla tədris sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirib. Vladimir Şkolnikov Hüquq fakültəsinin BMT ilə tədris sahəsində əməkdaşlıq səviyyəsini və tələbələrin təcrübi biliklərinin inkişaf etdirilməsinə şərait yaradılmasını yüksək qiymətləndirib və əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Dekan Zaur Əliyev bildirib ki, tədris prosesində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi tələbələrin beynəlxalq təşkilatların təcrübəsindən əyani şəkildə faydalanması, tədris prosesində təqdim olunan nəzəri biliklərin təcrübədə tətbiqi metodlarını və qaydalarını öyrənməsini hədəfləyir. BMT və onun təsisatları ilə tədris sahəsində əməkdaşlıq layihələri yalnız tələbələrə deyil, həm də gənc müəllimlərə dayanıqlı bilik mənbəyi kimi faydalı olacaq.
Görüşdə BDU-nun Hüquq fakültəsi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın və elmi əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.