2023-ci il fevralın 23-də Azərbaycan İstiqlal Muzeyində “Xocalıda ruhum qalıb” adlı tədbir-sərgi keçirilib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar təşkil olunan sərgidə tanınmış rəssam-heykəltaraşlar: xalq rəssamları Xanlar Əhmədov və Əşrəf Heybətov, Zakir Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam Abdullayevin şəxsi kolleksiyasında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan, uzun illərdən bəri erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin unudulmayacaq “Xocalı səhifəsi” nə bədii münasibətlərini özündə əks etdirən müxtəlif təsviri və tətbiqi sənət nümunələri nümayiş olunub.
Qeyd edək ki, tədbir zamanı rəssam Yusif Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən” adlı rəsm əsərlərinin təqdimatı keçirilib.
Tədbirdə rəssamlar, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin könüllüləri və digər qonaqlar iştirak ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.