Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda elmi seminarı keçirilib. Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, 1992-ci il fevralın 26-da 366-cı alayın erməni hərbçiləri tərəfindən xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə 7 min əhalisi olan Xocalı şəhərində həyata keçirilmiş genosid aktı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu baxımdan Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz isə “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda məruzəsində qeyd edib ki, tarix boyu türklərə qarşı düşmənçilik siyasəti yeridən Ermənistan dövlətinin bu dəhşətli hadisəni törətməkdə əsas məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı həm də Qarabağın guya ermənilərə aid olması haqqında yalanları ifşa edən tutarlı tarixi fakt idi. Xocalının kromlex, dolmen, siklop, kurqan və digər abidələri, insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələri tarixə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olub. İşğaldan sonra bütün bu maddi mədəniyyət abidələrinin, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının məhv edilməsi erməni vandalizminin bariz nümunəsi, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Xocalı soyqırımı zamanı 613 nəfər Xocalı sakini (onlardan 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) öldürülüb, 1000 nəfər aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-sinin taleyi hələ də məlum deyil. Dəhşətli gecədən sonra dörd gün ərzində Xocalıda qətlə yetirilmiş azərbaycanlıların meyitləri Ağdam məscidinə gətirilib, onlardan 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq olmaqla) məhkəmə-tibbi ekspertizasından keçirilib. Meyitlərin və sağ qalmış insanların üzərində təhqiredici hərəkətlər həyata keçirmiş ermənilər insanlığa sığmayan vəhşiliklər törədiblər. Bütün bunlar Ermənistan tərəfindən Cenevrə konvensiyasının protokollarının pozulduğunu və Xocalı cinayətlərinin müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Elmi seminarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərlə Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etdiyi, bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanları da daxil olmaqla münaqişənin günahsız qurbanlarının qisasının alındığı diqqətə çatdırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.