Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə təhsil alan tələbələrin dil səviyyəsini yoxlamaq üçün koreyalı mütəxəssilər tərəfindən TOPİK (Test of Proficiency in Korean) imtahanı təşkil olunacaq.
BMU rektoru, professor Havar Məmmədov bu məqsədlə ölkəmizdə səfərdə olan İNHA Universitetinin nümayəndə heyəti ilə görüşüb.
İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun dekanı, professor Seung Voo Han, İNHA-nın Beynəlxalq əlaqələr üzrə dekanı Kyung Jin Min və Qlobal Təhsil Layihəsi üzrə Əməliyyat qrupunun rəhbəri Jae İI Cho ilə keçirilən görüşdə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlığın əhəmiyyəti, birgə gerçəkləşdiirlən layihələrin icra vəziyyəti, münasibətlərin səmərəli inkişafı və gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Rektor Havar Məmmədov məmnunluq doğuran əməkdaşlığın davam etdirilməsi üçün böyük potensialın olduğunu, proqramın həyata keçirilməsinin ölkələr arasında təhsil sahəsi üzrə münasibətlərin dərinləşdirilməsində xüsusi çəkiyə malik olduğunu dilə gətirib. Azərbaycanda təhsil sahəsinin inkişafının dövlət siyasətində prioritet xətt təşkil etdiyini nəzərə çatdıran rektor Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində gerçəkləşdirilən ikili diplom proqramlarının tətbiqinin üstünlüklərini, həmçinin BMU-İNHA İDP-yə dövlət səviyyəsində verilən dəstəyi xüsusi vurğulayıb.
Havar Məmmədov tələbələrin mühəndislik sahəsi üzrə peşəkar, uğurlu mütəxəssis kimi yetişdirilməsində universitetlərin birgə səyi, məzunların dünyanın istənilən nöqtəsində işlə təminatında proqramın rolu və faydalarından danışıb.
İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun dekanı, professor Seung Voo Han da əməkdaşlığın davam etdirilməsinə göstərilən maraq, bu çərçivədə reallaşdırılan proqramın üstünlüklərindən bəhs edib. O, BMU İNHA İDP-nin əsas tələbələri sırasında Koreya dilinin öyrənilməsi, İNHA Universitetində təhsilin davam etdirilməsi üçün TOPİK imtahanından keçərək, bu sahədə sertifikatın əldə olunmasının yer aldığını xatırladıb. İmtahan nəticələri barədə BMU rəhbərliyinə hesabat veriləcəyini deyən qonaq TOPİK-i müvəffəqiyyətlə başa vuran tələbələrin təhsillərinin İNHA Universitetində davam etdirmək imkanı əldə edəcəklərini deyib.
Sonra professor Seung Voo Han hazırda təmsil etdiyi Layihə Qrupunun dekanı kimi səlahiyyətlərinin başa çatdığnı, bu vəzifənin mart ayının 1-dən etibarən Kyung Jin Min tərəfindən davam etdiriləcəyini vurğulayıb. O, eyni zamanda dekan kimi çalışdığı müddətdə BMU rəhbərliyi tərəfindən verilən dəstəyi yüksək dəyərləndirdiyini, yeni dekanın sözügedən sahədə fəaliyyətinin proqrama öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Görüşdə BMU INHA İDP-nin əsas komponentlərindən biri kimi BMU-nun professor-müəllim heyəti üçün Koreyada növbəti təlimlərin keçirilməsi, tələbələr üçün “Yay məktəbi”nin təşkili və s. kimi məsələlərə toxunulub. Bununla yanaşı, BMU-İNHA İDP-nin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsində qarşılıqlı fayda verə biləcək məqamlar, o cümlədən proqram üzrə ixtisas istiqamətlərinin sayının artırılması imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.