Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən rektor professor Cəfər Cəfərov bu misilsiz faciənin heç vaxt unudulmadığını, bütün şəhidlərimizin daim qəlbimizdə yaşadığını vurğulayıb.
Rektor çıxışında bildirib ki, artıq Pedaqoji Universitet institusional akkreditasiya ilə bağlı özünüqiymətləndirmə hesabatını hazırlayaraq müvafiq quruma təqdim edib, lakin digər tərəfdən bütün strukturlarda bu sənədin ətraflı təhlili, müzakirələrin təşkili akkreditasiya prosesinə qədər son hazırlıq üçün olduqca faydalı olacaqdır. C.Cəfərov bildirib ki, institusional akkreditasiyadan sonra proqram akkreditasiyası başlanacaq ki, bu sahədə də artıq ADPU-nun təcrübəsi var, ADPU Tvinninq layihəsi çərçivəsində bir neçə fənnin proqram akkreditasiyasını 2019-cu ilə həyata keçirib.
Ötən dövrün ümumi icmalına nəzər salan rektor Cəfər Cəfərov beynəlxalq əlaqələrdə xeyli irəliləyişlərin baş verdiyini bildirərək, son bir ay ərzində TÜRKSOY-un baş katibinin ADPU-da olmasını, xarici ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərin, Qərbi Azərbaycana qayıdışla bağlı universitetdə ilk ictimai dinləmənin, ADPU-nun kitabxanasındakı nadir kitab və əlyazmaların ictimai təqdimatının keçirilməsini və s. yüksək qiymətləndirdi. Eyni zamanda qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün humanitar yardım aksiyalarında ADPU ailəsinin də fəal iştirakının təqdirəlayiq olduğu qeyd olundu.
Daha sonra rektor ADPU-nun müəllimlərindən fəlsəfə doktorluğu elmi dərəcəsi alan Gülnarə Məmmədzadə, Sevda Xəlilova və Könül Həsənovaya diplomlarını təqdim etdi.
Sonra tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da payız semestrinin qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, cari ilin 05 yanvar - 03 fevral tarixləri aralığında keçirilən imtahan sessiyasında mütəşəkkilliyin, şəffaflığın və operativliyin təmini üçün İmtahan Qərargahı və Appelyasiya Komissiyası fəaliyyət göstərmiş, eyni zamanda 20 nəfərdən ibarət İctimai Şura və 20 nəfərdən ibarət Tələbə Monitorinq Qrupu prosesə nəzarət etmişdir. 9.884 nəfər bakalavr və 621 nəfər magistrant olmaqla ümumilikdə 10.505 nəfər üçün ADPU-nun Sahil və Gənclik tədris binalarında, o cümlədən ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində imtahanlar təşkil olunmuşdur. İxtisas və fənn xüsusiyyətləri nəzərə alınmaqla imtahanlar yazılı, şifahi və hibrid formada keçirilib. İmtahan sessiyasının yekunlarına görə müvəffəqiyyət və keyfiyyət göstəriciləri ötən tədris ilinin analoji semestrinə nisbətdə müvafiq olaraq, 78 faizdən 84 faizə və 38 faizdən 46 faizə yüksəlmişdir. Magistratura səviyyəsində bu göstəricilər müvafiq olaraq, 74 və 68 faiz təşkil edib. Filiallar və kollec üzrə də müvəffəqiyyət və keyfiyyət göstəricilərində artım müşahidə olunur.
Vurğulanıb ki, sessiya dövründə Appelyasiya Komissiyasına ümumilikdə 3.065 müraciət daxil olmuşdur ki, bunlardan da 46,5 faizi müsbət həll edilmiş, 36,5 faizi qüvvədə saxlanılmış, 16,5 faizi müraciətdən imtina etmişdir. Bildirilib ki, tədrisin keyfiyyətinin artırılması və tələbələrlə aparılan ardıcıl iş nəticəsində bütün parametrlər üzrə göstəricilərdə irəliləmə müşahidə olunur. Əgər ötən tədris ilində İmtahan Qərargahına 294 müraciət daxil olmuşdusa, cari ildə cəmi 86 müraciət daxil olub, onlardan da 49 nəfər izahat işlərindən sonra müraciətdən imtina etmiş, 14 müraciət təsdiqini tapmamışdır, qayda pozuntusuna görə cəmi ötən tədris ilində 438 iş protokollaşdırılmışdısa, cari ildə cəmi 157 nəfərin imtahan işi protokollaşdırılmışdır, barələrində inzibati-tənbeh tədbirləri görülmüş tələbələrin sayı isə 25-dən 16-a düşmüşdür.
Məruzədən sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli sessiya dövründə tələbələrlə keçirilən onlayn sorğunun nəticələrini təqdim etmişdir. Bildirilib ki, onlayn sorğuda ADPU, filiallar və kollec də daxil olmaqla ümumilikdə 2590 tələbə iştirak edib ki, onların əksəriyyəti imtahan və tədris prosesinin təşkilini yaxşı qiymətləndirir. Bununla belə, tələbələr tərəfindən bildirilən bəzi problem və təkliflər də ümumiləşdirilərək Universitet rəhbərliyinə təqdim olunur.
Məruzələrin yekununa əsasən, tətbiq olunan yeni imtahan qaydalarının effektiv nəticələri qeyd olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Həmçinin iclasda ADPU-da Heydər Əliyev ili çərçivəsində görüləcək işlər, Universitetin Himayəçilər Şurasının yaradılması, "ADPU 2030" Strateji İnkişaf Planının hazırlanması, beynəlxalq əlaqələrin inkişafı, yeni ikili diplom proqramlarının həyata keçirilməsi kimi məsələlər də müzakirə olunub.
Daha sonra ADPU-nun Elmi Şurasının yeni tərkibi haqqında təqdimat qəbul olunub, cari semestrin nəticələrinə əsasən adlı təqaüdə layiq görülən 12 nəfər tələbənin siyahısı təsdiq olunub.
İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.