Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Transport Universiteti ilə birgə Maqsud Şeyxzadəyə həsr olunmuş “Mənim iki Vətənim var – Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfrans keçirilib.
Mədəniyyət Mərkəzinin böyük konfrans zalında Maqsud Şeyxzadəyə həsr olunmuş “Mənim iki Vətənim var - Azərbaycan və Özbəkistan” adlı beynəlxalq konfransın açılış mərasimində giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, fəxri mədəniyyət işçisi Samir Abbasov Azərbaycanın böyük oğlu Maqsud Şeyxzadənin özbək ədəbiyyatı və mədəniyyətində fenomenal yerə sahib olduğunu qeyd edib. Şeyxzadə yaradıcılığının təkcə özbək ədəbiyyatına deyil özbək mədəniyyətinini, incəsənətinin bütün sahələrinə təsir etməsindən söz açan diplomat, iki qardaş ölkə olan Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni, dostluq, qardaşlıq əlaqələrinin qurulmasında Maqsud Şeyxzadənin də böyük rolunun olduğunu vurğulayıb. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin Maqsud Şeyxzadə yaradıcılığını hər zaman diqqət mərkəzində saxladığını, hər il Mərkəz tərəfindən M.Şexyzadə ilə bağlı nəşrlərin, filmlərin, məqalə və televiziya verilişlərinin hazırlanması layihəsinə dəstək verildiyini, konfrans və seminarların keçirildiyini qeyd edib. Bu il də Mərkəzin dəstəyi ilə Özbəkistan Dövlət Televiyası Şeyxzadəyə dair sənədli filmi ərsəyə gətirdiyini qeyd edən Samir Abbasov bu beynəlxalq konfransın da Şeyxzadə irsinə həsr edilmiş silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Daşkənd Dövlət Transport Universitetinin prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin əsərlərinin gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda yetişməsində böyük əhəmiyyətə malik olmasından söz açaraq bu gün gənclər arasında Şeyxzadə yaradıcılığının təbliğ edilməsinin çox vacib olduğunu qeyd edib. Çıxışında belə bir tədbirin təşkili və Daşkənd Dövlət Transport Universiteti ilə daim həmkarlıq etdikləri üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz dərin minnətdarlığını bildirən prorektor Dilşod Baratov konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistanın Dövlət Televiziyasının “Mahalla” TV telekanalı tərəfindən hazırlanmış, Maqsud Şeyxzadəyə həsr edilən “Əziz insan” sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, filmdə Azərbaycan və Özbəkistandan olan alimlərin, incəsənət və mədəniyyət xadimlərinin Maqsud Şeyxzadə yaradıcılığı ilə bağlı fikirləri, xatirələri yer alıb.
Konfransda məruzə ilə çıxış edən Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun dossenti Gülnoza Sattarova Daşkənd Dövlət Transport Universitetinin Özbək dili kafedrasının dosenti Aybibi İskəndərova, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Daşkənd Dövlət Transport Universitetinin Özbək dili kafedrasının dosenti Malika Abdullayeva, Daşkənd Dövlət Transport Universitetinin tələbəsi Gülcahon Abdufattoyeva Maqsud Şeyxzadənin həyat və yaradıcılığından söz açaraq keşməkeşli həyat yolu keçmiş Şeyxzadənin bütün çətinlik və məhdudiyyətlərə baxmayaraq böyük bir nəslin yetişməsində əvəzsiz rol oynamış qiymətli əsərlər qələmə aldığını vurğuluyıb və Şeyxzadə yaradıcılığının bundan sonra da yeni nəsillərin vətənpərvər ruhda yetişməsində də böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məruzəçilər Maqsud Şeyxzadə yaradıcılığının özbək ədəbiyyatında xüsusi bir yerə malik olduğunu, özündən sonrakı ədəbiyyata böyük təsir etdiyini, öz əsərləri ilə Özbək xalqında qəhrəmanlıq və vətənə məhəbbət hislərini aşıladığını, tədris prosesində Şeyxzadə yaradıcılığının nə qədər böyük əhəmiyyətə sahib olduğununu vurğulayıblar.
Konfransın ədəbi-bədii hissəsində Daşkənd Dövlət Transport Universiteti tələbələrinin iştirakı ilə Maqsud Şeyxzadənin əsərlərindən ibarət şeir kompozisiyaları, tamaşa-səhnəciklər və rəqslər nümayiş etdirilib.
Mədəniyyət Mərkəzinin foyesində Maqsud Şeyxzadəyə dair nəşrlərdən ibarət sərgi nümayiş etdirilib, onun Azərbaycan və özbək dilində çap edilmiş əsərləri sərgilənib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.