Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Tərtərçay gətirmə konusunda yeraltı suların yayılma qanunauyğunluqları və ekomeliorativ vəziyyətə təsiri” mövzusunda elmi seminar keçirilib. Seminarda Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova məruzə edib.
Məruzəçi Tərtərçay gətirmə konusu hüdudlarında müasir və IV dövr çöküntülərinin müxtəlif dərinliklərdə formalaşması haqqında məlumat verib. Qeyd edib ki, qrunt sularının yatma dərinliyi 1-10 m arasında dəyişir və qərbdən şərqə doğru yer səthinə yaxınlaşır. Onların yerləşmə dərinliyi gətirmə konusunun geomorfoloji xüsusiyyətləri, relyefin xarakteri, süxurların litoloji tərkibi və sukeçirmə əmsalı, qrunt sularının qidalanma şəraiti və sərfindən asılı olaraq formalaşır. Tərtərçay gətirmə konusu ərazisində təzyiqli sulu horizontlar geniş yayılıb. Gətirmə konusunun yüksək sahələrində yeraltı sular vahid təzyiqsiz sulu horizontu əmələ gətirdiyi halda, periferiya zonasına doğru vertikal istiqamətlərdə yaxşı su keçirən və su keçirməyən çöküntülərlə təbəqələnmə hesabına bir neçə sulu laylara ayrılır. Üst sulu horizont təzyiqsiz sular hesab olunur. Təzyiqli sulu horizontlarda dərinliyə getdikcə suyun təzyiqi artır. Yeraltı sular eyni qidalanma mənbəyinə və hidravliki əlaqələrə malik olan yeraltı təzyiqli su kompleksini əmələ gətirir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.