Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitkilərin genetik transformasiyası” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov təqdimat edib.
Məruzəçi müasir dövrdə məhsuldar bitkilərin yetişdirilməsinin biotexnologiyada önəmli rol oynadığını bildirib. Bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması üçün müasir toxuma kulturası metodları ilə yanaşı, genetik transformasiya mexanizmlərinin (bioloji və fiziki) araşdırılması və aqrar sektorda tətbiqi olduqca önəmlidir.
Məruzədə genetik transformasiya etmək qabiliyyətinə malik aqrobakteriyaların təsir mexanizmləri, T-DNT-nin sintezi, bitki hüceyrəsinə daxil edilməsi və bu prosesdə iştirak edən faktorların təsiri ətraflı izah olunub. Genetik transformasiyadan əldə edilən genotiplərin selektiv markerlərlə seçilməsi və bu texnologiyada yeni RUBY kompleksinin tətbiqi barədə də ətraflı məlumat verilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.