İçəri şəhərdə “NUR Art House” məkanında 21 fevral 2023-cü il tarixində, 19:00 da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə Ukraynalı rəssam və sənətşünas Yuliya Tarasenko sənətsevərlərlə görüşündə paytaxımızda olduğu müddətdə yaratdığı metoforik əsərləri ilə öz hekayəsini danışdı.
O, rəsmlərində həyatında iz qoymuş şəhər, insanlar və mədəniyyət haqqında təəssüratlarını bölüşüb və hər əsərinə aid hisslərini gələn qonaqları ilə paylaşdı. Yuliya Tarasenko sözlərində bunlarıda əlavə edib: “Bir sənətşünas kimi məni həmişə mənaları rəsmin özünün “çərçivəsindən” kənara çıxan rəssamların işi cəlb edir. Bəli, bu cür əsərlərin şərhindəki qeyri-müəyyənlik bəzən tədqiqatçıları dalana dirəyir, amma sənəti cəlb edən budur. Mən öz rəsmlərimi sərgiləməklə gələcək sənət tarixçilərinin işimin məna və mənalarını başa düşmələrini asanlaşdırmaq istərdim. Ona görə də böyük sevinclə öz fikrimi hörmətlə izləyiciyə açığlayacağam və sevinərəm. Sərginin ziyarətçilərində yaranan yeni mənalar haqqında eşitmək mənə xoş olar”
Yuliya Tarasenko qonaqlara 20 əsərini nümayiş etdirdi.
Bu əsərlərdə Azərbaycanın simvol və ornamentləri öz əksini tapır. Bu onu göstərirki Yuliya Tarasenko Azərbycan mədəniyyətinə və incəsənətinə böyük maraq göstərir.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov sərginin təşkilatı və rəhbərliyində böyük rol oynamışdır. “Ətirşah olmasaydı” sərgisində 40 nəfərə yaxın qonaq iştrak etdi. Xatırladaq ki, sərgi fevralın 25-nə kimi içərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən “NUR Art House” qalereyasında davam edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.