Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tarix və coğrafiya fakültəsinin TAR2201B qrupunda “Heydər Əliyev dərsləri”nin ilk məşğələsi keçirilib. Qeyd edilib ki, bu il Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin ötən il sentyabrın 29-da imzaladığı Sərəncamla 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Dövlət başçısının digər Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 12-ci bəndində isə il ərzində təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi nəzərdə tutulub. Bu gün ADPU-da həmin dərslərin ilk məşğələsi başlayır. İlin sonunadək universitetin bütün fakültələrinin tələbələri üçün Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçiriləcəkdir.
Mərkəzin əməkdaşı tələbələri mərkəzdə nümayiş etdirilən kitab, foto, arxiv sənədlərinin surətləri və digər materiallarla tanış edib, onlara Heydər Əliyevin həyat və fəaliyyətinin əsas məqamları barədə məlumat verib.
Daha sonra mərkəzin müdiri Tahir Süleymanov “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi ən parlaq şəxsiyyətlərdən və görkəmli dövlət xadimlərindən biridir. Fenomenal yaddaşa, geniş dünyagörüşünə, yüksək natiqlik qabiliyyətinə, tükənməz enerjiyə və nəhəng idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycana iki dəfə uğurla rəhbərlik edib, Sovet İttifaqının ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. Onun ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan əksər göstəricilərə görə SSRİ-nin 15 respublikası arasında qərarlaşdığı sonuncu pillələrdən qabaqcıl mövqelərə çıxıb, əhalinin rifahı əsaslı şəkildə yaxşılaşıb, təhsilin, səhiyyənin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Heydər Əliyev Moskvada işlədiyi 1982-1987-ci illərdə də doğma Respublikaya xüsusi diqqət və qayğısını əsirgəməyib. Ulu Öndərin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illəri xaos və anarxiyadan ictimai-siyasi sabitliyə, tənəzzüldən davamlı inkişafa aparan dövr kimi səciyyələndirmək olar. Heydər Əliyevin ölkə qarşısında xidmətləri o qədər böyükdür ki, 1969-2003-cü illər haqlı olaraq “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlandırılır.
Məruzədən sonra dünyanın tanınmış dövlət rəhbərlərinin, görkəmli politoloq və yazıçıların Ulu Öndər haqqında söylədiyi fikirləri əks etdirən slaydlar nümayiş etdirilib. Daha sonra dərsin iştirakçıları Heydər Əliyevə həsr olunmuş sənədli filmə tamaşa ediblər.
Sonra məşğələ sual-cavab formasında davam edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.
Qarşıdakı dövrdə xüsusi qrafik üzrə həm Tarix və coğrafiya fakültəsinin, həm də universitetin digər fakültələrinin qruplarında mütəmadi olaraq “Heydər Əliyev dərsləri” keçiriləcəkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.