Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan “Bahar nəfəsli Novruz” adlı sərgidə Novruz bayramı, Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən fotolar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər.
İlk öncə tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də Türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. Ölkələrimiz arasında genişlənən diplomatik əlaqələrin iki qardaş xalq arasında əlaqələrə də müsbət təsir etdiyini qeyd edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, hər iki qardaş xalqın ortaq dəyəri olan Novruz münasibətilə təbrik edərək bu milli bayramın ortaq qeyd edilməsinin bizim nə qədər yaxın tarixi mədəni köklərə sahib olmağımızın bir daha əyani sübutu olduğunu vurğulayıb.
Çıxışlardan sonra Azərbaycanda Novruz bayramının qeyd olunmasını əks etdirən film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, bahara dair rəqslər təqdim ediblər. Daha sonra azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova tərəfindən
Azərbaycan və Özbək mahnıları ifa olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.