Sumqayıt bulvarında gördüyüm bir qəşəng qızılgülün şəklini çəkmək istədim. Gül başını yana çox əymişdi, cəhd etdim ki, onu dikəldim, barmağıma tikan batdı. Baxdım ki, barmağımdakı deşikdən azacıq qan görünür, qanı kəsmək üçün elə həmən deşikdən girdim içəri. Gördüm ki, yanğınsöndürənlər geyimində bir dəstə mən girən deşiyə tərəf qaçır. Soruşdum: - siz kimsiniz?
Dedilər ki,- biz qan laxtalandıranlarıq. Mən girən deşiyi tez də tıxayıb getdilər. Qaldım öz içimdə. İndi mən burdan necə çıxım?
Mən olduğum çay çox da dərin deyildi, qan qurşağımdan idi. Elə çay axarı ilə getdim, bir azdan olduğum çay daha irisinə töküldü. Yaxşı ki, üzə bilirdim. Bir azdan qabaqda şəlalə səsi eşitdim, başa düşdüm ki, bu şəlalə ilə ürəyimə düşəcəyəm. Elə də oldu. Ürəkdən görünür ağ ciyərə gedən çaya düşdüm, qanın havadan qıpqırmızı olmasından belə nəticə çıxartdım. Hava da burada daha təmiz idi. Ağ ciyərdən ürəyə qayıdan gur çayla bir də guruppultuynan yenidən ürəyə düşdüm. Ordan səyahətlərim başladl. Çox çaylarda üzdüm. Bir də gördüm ki,xırda bir çaya qol ayrılır,oradakı iki böyük dəlikdən həm səma görünür, həm də qızılgülün iyi gəlirdi. Oranın burnun iç tərəfi olduğunu anladım. Özümü ora çatdırdım. Baxdım ki, bu xırda çayın qırağında iri qara qamışlar bitir. Birini var gücümlə kökündən dartdım, bərk asqırtı ilə çölə çıxıb özümə gəldim. Qızılgül əvvəlki kimi boynunu büküb dayanmışdı...
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.