Xəbər yayıldı ki, avtoqəzada xəsarət almış gözəl aktrisamız Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb. MN özü yayıb.
Mehriban xanıma şəfa arzulayıram, "Keçmiş olsun!" deyirəm.
Allah qəzada həlak olan Oqtay Əliyevə rəhmət eləsin!
Bu xəbəri oxuyanda Mədəniyyət Nazirliyinin əməlinə və yaydığı məlumata təəccüb edərdim, nəyəsə təəccüblənmək qabiliyyətim qalsaydı. Çoxdandı vətəndə heç kimin əməlinə, sözünə təəccüb eləmirəm, tükənib təəccübüm.
Sual olunur, Mədəniyyət Nazirliyi xalq artisti, prezident mükafatçısı Mehriban Zəkinin vəziyyətini necə nəzarətə götürə bilər? MN əməkdaşları aktrisaya xəstəxanada baş çəkib, gül, meyvə suyu və meyvə gətirəcəklər? Gündə iki-üç dəfə gəlsələr də buna nəzarət demək olmaz, gülüncdür.
Bəlkə müalicənin pulunu ödəyəcəklər? Yaxşı olar, əlbəttə, amma bu da M.Zəkinin vəziyyətini nəzarətə götürmək deyil. Xanımın "xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa müalicə müəssisəsinə köçürülməsi"ni diqqətdə saxlamağınızı deyirsinizsə, ona olsa-olsa müalicəsinə nəzarət demək olar, əslində isə yardımdır. Bu halda belə xəbər yaymaq nəyə gərək? Öz piarınız naminə?
Prezident mükafatçısı "M.Zəkinin vəziyyətini nəzarətə götürmək" əvəzinə, MN özünün nəzarətində olan, daha doğrusu, olmalı, amma nəzarət etmədiyi işləri təzədən nəzarətə götürməyi yaxşı olardı.
Məsələn, MN Bakı şəhərinin və rayonların qorumalı olduğu memarlıq və mədəniyyət abidələrini qoruyaydı. Bakının "arxitekturnı" binaları sökülür, dağıdılır, qanun və qaydalara zidd "təmir edilir", eybəcər hala salınır və b. belə əməllər. Nəzarət edin, pls, möhtərəm cənablar və xanımlar, vəzifə borcunuzdur!
Azərbaycanda olan mədəniyyət abidələrinin 30-40% "Mədəniyyət abidələri siyahısı"nda yoxdur. Niyə? O siyahı 20-25 il öncə qəbul edilib, indi qələm götürüb yazsaz, əlavə eləsəz, yaxşı olar, Allaha da xoş gedər, bəndəsinə də.
Hələ bu harasıdır? Azərbaycan mədəniyyətinin inkişaf konsepsiyası hələ də yoxdur, möhtərəm cənablar! Müstəqilliyimizin neçənci ilidir? Xəbəriniz yoxdursa, deyim, biləsiniz - belə bir konsepsia, konseptual sənəd özünə hörmət edən dövlətlərdə olur. Dövlətçilikdən danışmağı xoşlayırsınız, eləmi? Konsepsia yazsanız, lap əla olar.
Daha tenderlərin keçirilməməsi, şəffaf olmayan iş mühiti, gözə kül üfürmə, korrupsia, rüşvət, yarıtmaz kadr siyasətini, qeyri-peşəkarlığı demirəm. Dəvəyə dedilər boynun...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.