Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 mart “Beynəlxalq Teatr Günü”nə həsr olunmuş “Sabah: Azərbaycan tele məkanında üzən ada” adlı tədbir keçirildi. Tədbir tanınmış televiziya rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Həsənoğlunun rəhbərlik etdiyi “Sabah” yaradıcılıq studiyasının 30 illik yubileyinə həsr olunub.
Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı və “Sabah” yaradıcılıq studiyasının yaranma tarixi barədə məlumat verdi. Ardınca tədbiri teatrşünas, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə davam etdirdi. “Sabah”ın sənət emalatxanasından studiyaya qədər yüksəlməsində böyük xidmətləri olan Ramiz Həsənoğlu və yaradıcı heyət öz çıxışlarında iş prosesilə bağlı maraqlı faktlardan söhbət açdılar.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış və “Sabah”ın yaradıcılıq yolunu əks etdirən videoçarxlar, tamaşa və filmlərdən fraqmentlər nümayiş olundu. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq artistləri Afaq Bəşirqızı və Cahangir Novruzovun vitrual təbrikləri təqdim olundu.
Tədbirdə incəsənət xadimləri, rejissorun sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər.
Sonda xatirə şəkilləri çəkildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.