Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.
Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN) adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur. Bioloji saat 24 saatlıq ritmik prosesdir və Rəbbimiz tərəfindən xüsusi şəkildə proqramlaşdırılmışdır.
Müəyyən olunmuş saatlarda bədənimizin müxtəlif funksiyaları olur. Hansı saatlarda bədən zəif olar, hansı saatlarda gümrah olar, nə zaman nəbz təmbəlləşər, idman üçün ən yaxşı saat nə zamandır? Bunları bilməkdə fayda vardır. Elə isə saatlar üzrə orqanizmimizin fəaliyyətinə nəzər yetirək.
06:00. Kortizon ifraz etməsiylə orqanizm oyanır. Bu qalxış hazırlanma işarəsidir. Günün işləri üçün enerji və zülal xidmətə hazır olur.
07:00. Bədən hələ də zəifdir. İdman yerinə səhər yeməyi yeyilir.
08:00. Çox miqdarda hormon ifraz olunur. Nahar zamanı çəkilmiş olan siqaret damarları hər zamankından daha çox daraldır.
09:00. Bədənin dinc və ən qüvvətli olduğu vaxtdır.
10:00. Orqanizmin özünə gəlmə “mən burdayam” demə saatı. Çox enerjili bədən ən yüksək istilik səviyyəsindədir.
11:00. Bədənin tam formasında olduğu bir saat. Xüsusilə hesab işləri çətinlik çəkmədən həll edilir.
12:00. İstirahət vaxtı. Diqqət azalır. Mədədəki turşu çoxalır, beyindəki qan axını isə əksinə azalır. Bir az yata bilən insanlarda ürək böhranına 30 % az rast gəlinir.
13:00. Bədən formadan düşür. Bütün orqanlar ən aşağı səviyyədə çalışır.
14:00. Əldən düşmə. Təzyiq və hormon səviyyəsi düşür.
15:00. Enerji geri gəlir, yaddaş tam formasındadır. Lakin səhərkindən azdır.
16:00. İdman saatı. Təzyiq və dövran çox yaxşı vəziyyətdədir.
17:00. Orqan fəaliyyətləri yuxarı səviyyədə. Oksigen xərclənib, böyrəklər və sidik kisəsi çox çalışır.
18:00. Axşam yeməyi üçün ideal saatdır. Pankreas aktivdir.
19:00. Qan təzyiqi və nəbz tənbəlləşir.
20:00. Qaraciyərdəki yağ səviyyəsi düşür və çirkli qan ürəyə daha çox axır.
21:00. Həzm orqanlarının vəzifəsi bitir. Mədəyə yeni daxil olanlar səhərə qədər qalır.
22:00. Bədən polisi olan ağ qan hüceyrələri aktivləşir. Gecə bədən nikotin kimi zəhərləri çətin atır.
23:00. Stress hormonunun ifraz etməsi dayanır. Sakitləşib rahatlayırıq.
24:00. Yatarkən dəri hüceyrələri dayanmadan çalışır.
01:00. Səmərə ən aşağı səviyyədə.
02:00. Görmə zəifləyir, reaksiyalar yavaşlayır. Qəzalar baş verir.
03:00. Bədənin də, ruhun da ən qaranlıq mərhələsi bu saatdır.
04:00. Ürək böhranları; 04:00 və 06:00 arasında çox olur.
05:00. Stress hormonu bizi fəaliyyətə keçirir və gündüzün tam 6 qatına çıxır. Bədənimiz hərəkətə keçir, itən enerji yenidən geri gəlir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.