Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov bakalavriat və magistratura səviyyələrində keçirilən 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib.
Rektor imtahan keçirilən zallarda prosesi yaxından müşahidə edib, qış sessiyasının təşkili ilə əlaqədar tələbələrlə səmimi söhbət aparıb. Havar Məmmədov tələbələrin fənlər üzrə tərtib olunan imtahan suallarının çətinlik dərəcəsi, dərslərin tədris olunma səviyyəsi və keyfiyyəti kimi məsələlərlə bağlı fikirləri ilə maraqlanıb. Elektron ali təhsil ocağı olan BMU-da tələbələrin biliyinin tam obyektiv, qərəzsiz qiymətləndirilməsi üçün görülən işləri vurğulayan rektor öz tövsiyələrini verib və tələbələrə imtahanlarda uğurlar arzulayıb.
Sonra Havar Məmmədov imtahan sessiyasının gedişinə nəzarət edilməsi, daxil olan şikayətlərin operativ araşdırılması, cavab kağızlarının kodlaşdırılması, həmçinin müəllimlər tərəfindən yoxlanılmasını icra etmək üçün yaradılan Qərargahın və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış olub. Vurğulanıb ki, imtahan sessiyanın şəffaf və mövcud qaydalara əsasən təşkili məqsədilə öncədən bütün texniki tədbirlər həyata keçirilib. İmtahan nəticələri imtahan keçirilən gün fənn müəllimləri tərəfindən dərhal BMU-nun Elektron Məlumat Sisteminə daxil edilir. İmtahan nəticələrindən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına müraciət etmələri üçün hər cür imkan yaradılıb.
Qeyd edək ki, imtahan sessiyası fevral ayının 1-də yekunlaşacaq. Sessiya ərzində ümumilikdə 1402 imtahanın keçirilməsi nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.