Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazdığını bildirib.
Onun istefa verməsinə səsbəb Dnepropetrovskda (Dnepr) bir evin Ukrayna raketi ilə dağıldığına dair etiraf etməsi səsbəb olub.
Yanvarın 14-də Arestoviç bəyan edib ki, Dnepropetrovskda evin bir hissəsinin dağıdılmasına səbəb Ukrayna hava hücumundan müdafiə qüvvələrinin işi olub. Bazar ertəsi Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna nümayəndələrinin Dnepropetrovskdakı evin girişinin uçmasına səbəb Ukraynanın raket əleyhinə raketi olması ilə bağlı sözlərinə diqqət çəkib. O, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın yaşayış binalarına və sosial infrastrukturuna zərbələr endirmir. Daha sonra Arestoviç Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbləri ilə bağlı sözlərindən geri çəkilib.
“Vəzifədən getməklə bağlı istefa ərizəsi yazdım. Svil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv etmisənsə, deməli istefa verməlisən”, – Aretoviç çərşənbə axşamı sosial şəbəkədəki səhifəsində yazıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.