ASİF RÜSTƏMLİ:
“ULU ÖNDƏRİN DEYİMLƏRİ” SİLSİLƏSİNDƏN - HEYDƏR ƏLİYEV ƏLİAĞA VAHİD HAQQINDA
Vahid böyük bir xəzinədir. Bu gün siz xəzinənin ola bilər, bir neçə laylarını millətimizə göstərdiniz. Vahidin yaradıcılığı indiyədək həm ədəbi, həm də musiqili şəkildə bu qədər nümayiş etdirilməmişdi. Xalqımız Vahidi həmişə sevibdir. Onun sağlığında da, o, həyatdan gedəndən sonra da Vahidin qəzəllərinə çox gözəl mahnılar bəstələnibdir. Xalqımız Vahidi heç vaxt unutmayıbdır.
Burada siz də dediniz ki, Vahid dövlətlə təmasda olmasa da, xalqla bərabər, xalqın içində olubdur. Xalq onu sevibdir. Ancaq Vahidin yaradıcılığı belə yığcam, toplu şəkildə nümayiş etdirilməmişdir. Mən bilmirəm, bəlkə olub, hər halda mən sizin bu tamaşanıza, çıxışlarınıza baxarkən yaşadığım dövrü bir daha nəzərdən keçirdim. Görkəmli şairin yaradıcılığı xalqımıza, millətimizə heç vaxt belə təqdim olunmamışdır. Bu, həddindən artıq gözəl bir hadisədir.
Biz yubileylər keçiririk, böyük şəxsiyyətlərimizi yad edirik, gecələr keçiririk. Allaha şükürlər olsun ki, bu əmin-amanlıq dövründə, atəşin olmadığı vaxtda belə tədbirlərin keçirilməsi mümkün olmuşdur. Hər bir yubileyin öz yeri var. Şübhəsiz ki, heç biri o birisini nə əvəz edə bilər, nə də onun bərabəri ola bilər. Amma hər birinin öz xüsusiyyəti, gözəlliyi var. Bugünkü Vahid gecəsinin gözəlliyi məni həddindən artıq sevindirdi, həyəcanlandırdı.
Vahidin nə qədər gözəl qəzəlləri, şeirləri, sözləri varmış, yenə də deyirəm, Vahidin əsərlərini hər birimiz oxumuşuq. Birimiz bir dəfə bir qəzəlini oxumuşuq, bir muğamı eşitmişik. Amma bu gün siz bunları bir yerə yığdınız. Həm ifa etdiyiniz musiqi, həm də oxuduğunuz şeirlərlə, mən hesab edirəm ki, hamını, o cümlədən də, məni həyəcanlandırdınız. Bu yubiley gecəsi televiziya vasitəsilə respublikanın hər yerinə yayıldı. Ola bilər, gələcəkdə bunu təkrar etmək lazımdır. Çünki, bu, çox məzmunlu, gözəl gecə oldu.
... Bu, həqiqətdir. Vahid doğrudan da, ağır vəziyyətdə yaşayıb. Mən bunu bilirəm. O, xəstə olduğu son illərdə, vəfatından əvvəl çox ağır bir həyat tərzi keçirib. Bunların hamısı Vahidin qəzəllərində, şeirlərində, digər əsərlərində öz əksini tapıbdır.
Mən bu gün sizi dinləyərkən özüm üçün bir nəticə çıxardım ki, Vahid nə qədər çətin həyat tərzi keçiribsə, ağır yaşayıbsa, ona nə qədər diqqətsizlik olubsa, qayğı göstərilməyibsə də, o çox nikbin adam olubdur. Vahid xalqımızın, respublikamızın xoşbəxt gələcəyini nə qədər gözəl tərənnüm edib, bunları açıqca deyib.
...Bilirsiniz, biz belə şeyləri həyatımızda çox görmüşük, indi də görürük. Şeir, söz deyən, yaxud mahnı oxuyan insan bir var onu ifadə edir, bir də var, hiss edirsən ki, bu onun qəlbindən gəlir, o, bununla yaşayır. Mən hiss etdim ki, bu gün siz hamınız elə bil bu sözlərlə, bu mahnılarla yaşayırdınız. Bu da məni çox sevindirdi. Mən hesab edirəm ki, Vahid çox xoşbəxt adam olub. Xoşbəxt adam olubdur ki, bizə bu cür miras qoyub gedib.
Bakı, 06.09.1996
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.