NƏRİMAN İSMAYILOV:
“MÜASİR MUSİQİ SƏNƏTİNİN PROBLEMLƏRİ” mövzusunda Beynəlxalq elmi-praktiki konfransı keçirilib
2023-cü il 3-4 may tarixlərində ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİYƏ HƏSR OLUNAN “MÜASİR MUSİQİ SƏNƏTİNİN PROBLEMLƏRİ” mövzusunda tələbələrin Beynəlxalq elmi-praktiki konfransı keçirildi. Konfransın mövzu dairəsi geniş olub - Heydər Əliyev -100: Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli lider Heydər Əliyevin rolu və əhəmiyyəti, etnomusiqişünaslıq müasir mərhələdə, tarixi və nəzəri musiqişünaslığın aktual problemləri,müasir musiqi təhsili: problemlər və perspektivlər, müasir instrumental ifaçılığın problemləri, musiqidə informasiya texnologiyaları kimi istiqamətləri əhatə edir. Konfransın açılış mərasimini Tələbə elmi cəmiyyətinin sədri, Ü.Hacıbəyli adına BMA-nın dosenti Babayeva Minaxanım açaraq bütün konfrans iştirakçılarını salamladı, H.Əliyevin xalqın xilaskarı və müstəqil Azərbaycan dövlətinin fədakar qurucusu kimi xalqını, dövlətini bütün dünya miqyasında tanıtmağa müvəffəq olan, bayrağımızı dünyanın ən mötəbər ölkələri ilə eyni sırada dalğandırmağa nail olan görkəmli siyasi xadim haqqında söz açdı. H.Əliyevin mədəniyyətə və musiqi incəsənətinə olan diqqət və qayğınsından danışdı. Konfransda H.Əliyevin həyat və siyası fəaliyyəti haqqında maraqlı video rolik iştirakçılara təqdim olundu. Konfransda SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli öz təbrikini tələbələrə və bütün təşkilatçılara bildirdi. Heydər Əliyevin daim gənclərə olan diqqətindən danışdı. Fərhad müəllim H.Əliyevin musiqi mədəniyyətinə göstərdiyi ciddi münasibəti, bəstəkarlarımızla, musiqişünaslarımızla, ifaçılarımızla sıx olan münasibətləri xüsusi ilə vurğuladı. Konfransda eyni zamanda Əməkdar İncəsənət xadimi, elmi işlər üzrə prorektor, professor Gülnaz xanım Abdullazadə çıxış edərək H.Əliyevin fəaliyyəti haqqında danışdı və Tələbələrin Beynəlxalq Konfransı çərçivəsində “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Rəhimova Nigar və onun tələbəsi Abbasova Nəzrinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Arif Məlikovun səkkizinci simfoniyasının musiqisində travmanın təcəssümü” kitabının təqdimatı haqqında geniş məlumat verdi. Konfransda eləcə də Respublikanın Əməkdar müəllimi,BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı,sənətşünaslıq doktoru, professor Gülzar xanım Mahmudova çıxış etdi, tələbələri salamladı. H.Əliyevin daim gənclərə qayğı və diqqət göstərməsindən, gənc kadrların təhsil məsələlərinə xüsusi həssaslıqla yanaşmasını qeyd etdi. H. Əliyev gənclərin gələcəkdə peşəkar, savadlı şəxsiyyət kimi formalaşmasında rolunun olduqca böyük olduğunu vurğuladı. Konfransın əhəmiyyətindən danışdı. Gülzar xanım çıxışında qeyd etdi ki, Tələbələrin Beynəlxalq konfransı ilk dəfə olaraq keçirilir və burada Azərbaycan ilə yanaşı Rusiya, Tatarstan, Özbəkistan, Kazaxstan, Tacikistan, Çin, İrandan olan tələbələrin iştirakı həyata keçirilmişdir. Konfransda Üzeyir Hacıbəyli adına BMA-sı ilə yanaşı, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası, Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etmişdir. Konfransın açılış mərasiminin sonunda Respublika və Beynəlxalq müsabiqələr laureatı Aqşin Xudaverdiyevin ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı səslənmişdir. Konfrans böyük marağa səbəb oldu və iki gün keçirilən konfrans iki bölümdən ibarət idi. Birinci bölümün moderatoru qismində Əməkdar İncəsənət xadimi professor Zümrüd xanım Dadaşzadə ikinci bölümdə Əməkdar müəllim, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül xanım Nəsirova, 4 may tarixində keçirilən konfransın birinci bölümündə Əməkdar İncəsənət xadimi, BMA-nın professoru Mehriban xanım Əhmədova və ikinci bölümdə isə BMA-nın dosenti Minaxanım Babayeva iştirak etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.