Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans
5 may 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova iştirakçı və qonaqları salamladı. O, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini etnik özünəməxsusluğun qorunub saxlanılması, xalqlar, ölkələr arasında mədəni dialoqun qurulması və bu kimi vacib məsələlərin təşkil etdiyini vurğuladı. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində keçirilən bu konfransda mövzunu müxtəlif kontektslərdən təhlil edən məruzələrin yer aldığını söylədi.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov çıxış edərək konfransın əhatə etdiyi mövzunun vacib əhəmiyyətini qeyd etdi.Konfrans sessiyalarla öz işini davam etdirdi.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Krakov Etnoqrafiya Muzeyinin qeyri-Avropa Mədəniyyətləri Departamentinin kuratoru Anna Şelinqovska, Gürcüstan Milli Muzeyinin baş mühafizi İrina Koşoridze, Cənubi Koreya Keimyunq Universitetinin İpək Yolu və Mərkəzi Asiya İnstitutunun tədqiqatçı professoru Li Ce Yunq, İstanbul Türk və İslam Əsərləri Muzeyinin direktoru Əkrəm Aytar, Türkiyədə fəaliyyət göstərən sənətşünas, “SOACArt” təşkilatının müstəqil kuratoru Sumiyo Okumuro, Brukenthal Milli Muzeyi tərkibində Brukenthal İncəsənət Muzeyinin rəhbəri Aleksandru Sonak, Budapeşt Etnoqrafiya Muzeyinin baş direktoru Lajos Kemecsi, Qazaxıstan İdman və Turizm Akademiyasının Turizm fakültəsinin dekanıAygül Aqeleuova, Özbəkistan Rəssamlıq Akademiyasının “SAN’AT” jurnalının baş redaktor müavini Binafşa Nodir böyük maraq doğuran məruzələrlə çıxış etdilər.
Beynəlxalq konfransda yaddaqalan məqamlardan biri Azərbaycan Milli Xalça Muzeyi və Budapeşt Etnoqrafiya Muzeyi arasında hər iki muzeyin rəhbərləri tərəfindən Anlaşma Memorandumunun imzalanması oldu.
Tədbirdə iştirak edən Rusiya Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkielə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş Pazırık xalçasının fraqmentlərinin taktil nümunələri təqdim olundu. Şirin Məlikova bu xalçaların 2021-ci ildə Ermitajda baş tutmuş “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi”nin konsepsiyasına uyğun olaraq Ermitaja hədiyyə olduğunu söylədi.
Konfransa fəxri qonaq qismində qatılmış Azərbaycanın insan hüquqları üzrə ilk müvəkkili, Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ümummili Lider Heydər Əliyevin böyük dövlət xadimi kimi müdrik siyasətə əsaslananan fəaliyyətindən söz açdı və konfransın böyük əhəmiyyət daşıdığını söylədi.
İki günlük konfransda qonaqlar üçün xüsusi mədəni proqram da nəzərdə tutulmuşdur. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.