ASİF RÜSTƏMLİ:
“ULU ÖNDƏRİN DEYİMLƏRİ” SİLSİLƏSİNDƏN- HEYDƏR ƏLİYEV DEMOKRATİK RESPUBLİKA HAQQINDA
Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı.
Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərdə həm mətbuatda, həm də ictimaisiyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir.
Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu gün qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan
tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin
mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir.
Düzdür, bu demokratik respublika cəmi 23 ay fəaliyyət göstərdi,
sonra isə təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi
həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə
düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif olunur. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir.
Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq
biz deməliyik ki, demokratik respublika, onun liderləri Məhəmməd
Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda, onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 1920-ci il aprel ayının 28-də Qızıl Ordu tərəfindən işğal olundu. Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı.
Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə
dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta Daşnaksütyun Partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq.
Bununla əlaqədar olaraq mən tarixçilər haqqında bir neçə kəlmə
demək istəyirəm. Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə - 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində dəfələrlə onlara müraciət etmişəm ki, bizim tariximiz - həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb. Tarixçilərin yadındadır ki, mən alimlərlə dəfələrlə görüşmüşdürm, hər dəfə də öz narahatlığımı bildirirdim. O vaxtlar Sovetlər İttifaqının çərçivəsində başqa respublikalarla öz işimizi müdafiə edirdik. Həmin respublikaların tarixçilərinin işləri ilə tanış olarkən daha da narahat olurduq ki, nə üçün onlar öz tarixlərini yaxşı yaza bilirlər, biz isə yaza bilmirik.
Mən yenə də deyirəm: Məhəmməd Əmin Rəsulzadə
və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri
XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan Demokratik
Respublikası qurarkən böyük siyasət göstərmişlər, böyük iş görmüşlər. Bu, şəksiz-şübhəsizdir.
Heydər Əliyev. “Müdriklik mücəssəməsi”, Bakı, 2023, 512 s.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.