RÜSTƏM İSMAYILOV:
Kamança ifaçısı Təranə Babayevanın anım günü keçirildi
2023-cü il 6 may tarixində Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin Böyük zalında peşəkar musiqiçi, unudulmaz müəllim, kamança ifaçısı Təranə Babayevanın anım günü keçirildi. Tədbirdə Təranə Babayevanın həyat və yaradıcılıq yolundan, pedaqoji fəaliyyətindən, sənətə gətirdiyi yeni ideyalardan söhbət açıldı. Qeyd edək ki, Təranə Babayeva pedaqoji fəaliyyətində göstərdiyi yüksək nailiyyətlərə görə 2009-cu ildə Azərbaycan Respublikasının Tərəqqi medalı ilə təltif olunmuşdu.
Təranə Babayeva 40 illik pedaqoji fəaliyyəti nəticəsində böyük nəsil kamança ifaçıları yetişdirmişdir. Onun bir çox yetirməsi hal-hazırda müəllimlərinin yolunu şərəflə davam etdirir, kamança ifaçılığı sənətinin inkişafına böyük təkan verirlər. Belə yetirmələrdən biri, demək olar ki, Təranə Babayeva ənənəsinin parlaq davamçısı, virtuoz kamança ifaçı, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının qurultay və konsertlərinin arzuolunan iştirakçısı, Milli Konservatoriyanın müəllimi, prezident təqaüdçüsü Mədinə Şahgəldiyevadır. Mədinə Şahgəldiyeva həmçinin Təranə Babayevanın doğma bacısı qızıdır.
Tədbirdə M.Şahgəldiyeva və Təranə Babayevanın digər yetirmələri iştirak edərək öz peşəkar ifaları ilə müəllimlərinə sənət və insanlıq borcunu qaytardılar. Hal-hazırda hər biri Azərbaycan Milli Konservatorisının tələbələri olan bu yetirmələr neçə-neçə müsabiqə və festivalların laureatları, həmçinin ölkəmizin konsert həyatında yaxından iştirak edən peşəkar ifaçılardır. Habil Əliyev adına gənc kamança ifaçılarının Respublika müsabiqəsinin və Ümid beynəlxalq müsabiqəsinin 1-ci yer qalibləri (müxtəlif illərdə)- Abbas Əliyev, FizzəVəlizadə, Xalq çalğı alətləri ifaçılarının Respublika müsabiqəsinin 1-ci yerin qalibləri (müxtəlif illərdə)- Əli Rüstəmbəyli, Gülarə Ramazanova, Beynəlxalq klassik musiqi müsabiqəsinin Qran-Pri mükafatçısı Əli Muradov, həmçinin Mədinə Şahgəldiyevanın parlaq, yaddaqalan ifası alqışlarla qarşılandı. Bütün bu ifaçılar Təranə Babayevanın yaxın dostu,əməkdaşı,20 il onunla çiyin çiyinə çalışan konsertmeyster Sevinc Kərimovanın müşayiəti ilə ifa etdilər.
Aparıcı Təranə Babayevanın həyat və yaradıcılıq yolunu işıqlandıraraq kamança sənətinin inkişafına təkan verən yaradıcılıq təşəbbüslərindən, pedaqoji nailiyyətlərindən, mənəvi yaşantılarından söhbət açdı, Təranə Babayeva ideyalarının Mədinə Şahgəldiyeva sənətində, onun pedaqoji və ifaçılıq fəaliyyətində təzahür məqamlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə iştirak edən görkəmli sənət xadimləri - Bəstəkarlar İttifaqının katibi, ictimai xadim, Xalq Atisti Sərdar Fərəcov, Əməkdar artist, dosent Ə. Qarayusifli, Respublika və Beynəlxalq müsabiqə laureatı, qadın üçlüyünün təşəbbüskarlarından biri, kamança ifaçısı, Əməkdar artist Fəridə Məlikova, Dövlət Xalq Çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru, Beynəlxalq “Qızıl Cəng” mükafatçısı, Xalq artisti Ağaverdi Paşayev, Milli Konservatoriyanın professoru, Əməkdar müəllim Adıgözəl Əliyev, Bakı Musiqi Akademiyasının dosenti və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, Əməkdar müəllim Fəridə Sultanova, aktyor, bədii qiraətçi Hüseynağa Aslanov çıxış edərək Təranə Babayeva sənətindən, onun parlaq ideyalarından, insanlara, insanlığa, sənətə, poeziyaya olan sevgisindən söz açdılar, səmimi, qayğıkeş, sevgi dolu bir insan kimi ürəklərdə, xatirələrdə yaşadığını vurğuladılar.
Anım tədbirində F.Əmirov (“Muğam poema”), Ə.Cavid (“Poema”), C.Cahangirov (“Qəzəl”), S.Fərəcov (“Unutma”, “Ulduzlu gecə”), D.Dadaşov (“Mədinənin sehrli kamanı”), M. Ravel (“Qaraçı qızı” rapsodiyası), P.Sarasate (“Basko kapriççio”, “Andalus romansı”) və F.Sayın (“Qumru balladası”) əsərləri, M.Şəhriyarın “Haqqın səsi” şeiri səsləndi.
Novator pedaqoq Təranə Babayevanın həyat, sənət yaşantıları fotoxronika vasitəsilə tədbir iştirakçılarına nümayiş olundu. Bundan başqa onun müsahibəsindən, haqqında çəkilən filmdən fraqmentlər göstərildi.
Tədbirin təşkilatçısı və aparıcısı Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllimi, musiqişünas Pərvin Səfərli idi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.