ASİF RÜSTƏMLİ:
“ULU ÖNDƏRİN DEYİMLƏRİ” SİLSİLƏSİNDƏN HEYDƏR ƏLİYEV ANAR HAQQINDA
Mən Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki (Dədə Qorqud haqqında) axtarışlarına, xidmətlərinə daha yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm.
Ulu öndər xalq yazıçısı Anara müraciətlə demişdir: “Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir.
Saflıq ideyalarını tərənnüm edən pyesləriniz, xüsusilə “Şəhərin yay günləri” pyesi öz bədii dəyəri ilə yanaşı, cəmiyyətimizin diqqətini bir çox mənəviyyat problemlərinə cəlb etmişdir.
Qürur, şərəf və ləyaqət simvolu olan ulu “Dədə Qorqud” eposunun qəhrəmanlarını müasirlərimiz üçün daha doğma və əziz edən məhz sizin yaradıcılığınız olmuşdur. Bu eposun gənc nəslin tərbiyəsində müstəsna yer tutmasında da səyləriniz xüsusi qeyd olunmalıdır.
“Molla Nəsrəddin” ənənələrinə, müdrik Mirzə Cəlilin millət dərslərinə bizim səhnədə və jurnalistikada yenidən həyat vermiş fəaliyyətiniz də diqqətə layiqdir. Üzeyir bəy mövzuları sizin əsərlərinizdə öz uğurlu əksini taparaq tarixi keçmişimizin yenidən dərk olunması zərurətini bir daha vurğulamışdır. Təşəbbüsünüzlə yaranan “Qobustan” toplusu azərbaycançılıq ideyalarının carçısına çevrilərək bütöv bir nəslin milli, mənəvi-əxlaqi qayə və duyğularının formalaşmasında böyük rol oynamışdır.
Ölkədə və cəmiyyətdə baş verən dəyişikliklər yazıçı Anara publisist və tədqiqatçı şöhrəti də gətirmişdir. Sizin ictimai fəaliyyətiniz bədii əsərlərinizdəki fikir və ideyaların əməli surətdə gerçəklənməsinə əyani bir nümunədir.
Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutmuş və böyük xidmətləri olmuş sevimli şairlərimiz Nigar Rəfibəyli ilə Rəsul Rzanı ...böyük minnətdarlıq hissi ilə yad edir və bu ailənin layiqli övladı olmağınızdan məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan Respublikasının müstəqil inkişafı yollarında öz zəngin təcrübə və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz.”
Bakı, 10.05.2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.