Daşkənddə “Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” adlı beynəlxalq konfrans keçirilib.
Daşkənddə Mərkəzi Asiya Beynəlxalq İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” adlı beynəlxalq konfrans keçirib.
Konfransda Özbəkistanın dövlət qurumlarının nümayəndələri, tanınmış politoloqlar, elm, mədəniyyət və incəsənət xadimləri, institutun rəhbərləri və əməkdaşları iştirak edib.
Əvvəl Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbiri MABİ-un direktoru Vladimir Norov açaraq Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri haqqında məlumat verib.
Direktor Heydər Əliyevin fəaliyyəti ilə bağlı tarixi hadisələr, Ulu Öndərin Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin formalaşmasında və möhkəmlənməsindəki rolu haqqında da söhbət açıb,
Özbəkistan Xarici işlər nazirinin müavini BaburUsmanov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, müasir dövrdə dövlətçiliyin yaradılması və möhkəmləndirilməsi istiqamətindəki misilsiz fəaliyyətindən danışıb. B. Usmanov Heydər Əliyevi keçmiş SSRİ məkanında nadir siyasətçilərdən biri olduğunu da vurğulayıb. Nazir müavini Heydər Əliyevlə Şərəf Rəşidovun, Özbəkistan və Azərbaycan prezidentləri ŞavkatMirziyoyevlə İlham Əliyevin dostluğu, iki ölkə arasında konstruktiv dialoqun aparılması məsələlərindən danışıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.
Daha sonra çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Ümummilli BaxromAşrafxanov (onlayn) dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi fəaliyyətindən söz açaraq məhz onun ikinci dəfə hakimiyyətə gəldiyi dövrdən sonra 1996-cı ilindən başlayaraq iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında Ümummilli Liderin xüsusi xidmətlərinin olduğunu vurğulayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və özbək xalqlarının tarixi dostluğundan danışıb, hələ qədim dövrlərdən şairlərimizin yaradıcılıq əlaqələri olduğunu diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin ömür yolu və fəaliyyəti haqqında söhbət açan komitə sədri deyib ki, böyük öndər Heydər Əliyev yalnız Azərbaycan sərhədlərinə sığan siyasətçi deyildi. Belə olmasaydı o, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələ bilməzdi. Dünya şöhrətli şəxsiyyət Heydər Əliyev faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri kimi nüfuz sahibi idi.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən söz açaraq onun daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-nin rəhbərliyində olarkən Özbəkistan SSR-nin rəhbəri olmuş Şərəf Rəşidovla sıx dostluq əlaqələrindən söz açan S.Abbasov Ulu Öndərin ən çətin vaxtlarda belə özbək xalqının yanında olduğunu qeyd edib. Heydər Əliyevin Müstəqillik illərində də Özbəkistana mühüm önəm verdiyini qeyd edən Samir Abbasov banisi Ulu öndər olan Azərbaycan-Özbəkistan dostluğunun, əməkdaşlığının bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, günümüzdə iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyəyə qalxdığını vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı Müşfiq Cəfərov deyib ki, Heydər Əliyev qüdrətli dövlət qurmaq və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərini müəyyənləşdirib. Ümummilli Lider qısa müddətdə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara uyğunlaşdırılması istiqamətində uzaqgörən addımlar atıb.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin Ümummilli Lider Heydər Əliyevlə bağlı fəaliyyətindən söz açaraq “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi silsilə tədbirlərdən, təşkil etdiyi konfrans, dostluq konsertlərindən, nəşrlər və digər layihələrdən söz açaraq il ərzində qeyd olunan tədbirlərin mütəmadi təşkil olunacağını vurğulayıb.
İnstitut direktorunun birinci müavini RavşanAbdullaxanov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professorErkinNuriddinov, professor Babaxan Şərif, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsindəki Nizami Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komissiyasının eksperti Əkbər Qoşalı, MABİ-nun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azər Adıgözəlov və başqaları böyük siyasətçi Heydər Əliyevin fenomen bir şəxsiyyət olduğunu, onun təkcə Azərbaycanın xalqı deyil, bütün türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.