RÜSTƏM İSMAYILOV:
Gənc rəssam Firəngiz Tarverdiyevanın “Danışan rənglər” adlı fərdi sərgisi
Mayın 18-də Bakı Rus Evi və Chagh Art Platformun birgə təşkilatçılığı ilə Bakı Rus Evinin Sərgi salonunda gənc rəssam Firəngiz Tarverdiyevanın “Danışan rənglər” adlı fərdi sərgisinin açılışı baş tutub.
AZPRESS.AZ xəbər verir ki, mayın 20-dək davam edəcək sərgidə gənc rəssamın 30 əsəri nümayiş olunur. Sərginin açılış mərasimində Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, rəssamın müəllimi Ellada İsmayıl, babası Güloğlan Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, rəssam MirAzər Abdullayev, rəssam Təranə Seyid çıxış edərək, gənc rəssamın yaradıcılığını yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıblar. Firəngiz Tarverdiyevanın sərginin ekspozisiyasında sərgilənən “Harmoniya”, “Qarabağ gözəli”, “Davidin portreti”, “Şəfəq”, “İlandağ mənzərəsi”, “Zəriflik” və s. kimi əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Firəngiz Tarverdiyeva müxtəlif illərdə "Kitabi-Dədə Qorqud", "Once upon a time in London" (London, Nancy Victor Gallery), Azərbaycan-Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş sərgilərin, "StArt" layihəsinin iştirakçısı olmuş, diplom və sertifikatlarla təltif edilmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.