Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü keçirilib
Hər il 18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir. Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ümummilli Lider Heydər Əliyev muzeylərə böyük önəm vermiş, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşmış, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir.
Mayın 18-i - Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil edilib.
“Açıq qapı” günündə şəhid ailələri, hərbçilər, rayon sakinləri, şəhərin qonaqları, eləcə də rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çoxlu sayda ziyarətçilər muzeyin qonağı olub və zəngin ekspozisiya ilə ödənişsiz tanış olublar. Gün ərzində əməkdaşlar muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış ediblər.
Bu il Muzeylər Günü “Heydər Əliyev ili”nə təsadüf edir və bu baxımdan muzeydə yaradılan Heydər Əliyev guşəsində ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz, dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu Öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, dahi liderin proqram xarakterli çıxışları barədə muzey əməkdaşları ziyarətçilərə geniş məlumat veriblər.
Muzeyi ziyarət edən qonaqlar muzeyin ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.
Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb. Qonaqlar muzeyin rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.
Ekspozisiyalar qarşısında məktəblilərin klassiklərin əsərlərindən ibarət hazırladıqları kompazisiyalar ziyarətçilərin alqışına səbəb olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.