Səadət Qərib:
"Onu" MƏNDƏN ÇOX SEVDİ
Esse
Çox qısqanırdım "onu".Məndən öncə "ona" aşiq olduğunu bilirdim, bunu biıə- bilə evlənmişdim onunla.Ona görə də ilk zamanlar bu vəziyyətlə barışmişdım.Amma zamanla onu qısqanmağa başladım. Çünki məndən çox onla zaman keçirirdi.Onunla heç ayrılmazdılar. Olurdu zaman - zaman ,mənlə küsərdi, danışmazdı, susardı.O zaman isə "ona" daha çox sarılar, daha çox təmasda olardı. Ona qarşı başqa sevgisi vardı.Sadiq idi ona. Heç buraxmazdı.Xeyanət etməzdi...
"AŞKIM" deyərdi ona. Mənə çox fəxrlə onla ilk görüşündən, onla yaşadığı böyük sevgisindən danışardı. O qədər gözü kor olmuşdu ki, o " aşkinin " ona vurduğu zərəri görmür, görməzdən gelirdi. Dəfələrlə onun üzündən xəstəxanaya düşürdü. Sadəcə o zamanlar ondan ayrı qalmağa məcbur olurdu.Həkimlər onla görüşməyi qadağan etsələr belə, onla gizlin- gizlin görüşmək,qovuşmaq üçün yollar axtarır, tapırdı. Mən belə sevgi heç görmədim.
Gözümün önünde onu necə zehərlədiyini, boğulduğunu görürdüm.Daha başqa yolum qalmamışdı, dözə bilmirdim. Bir gün ona ya o, ya mən, seç, dedim. Üçümüz bir evdə olmur."O" aramızdan çıxmalı dedim. Mən sənin qoxunu duymaq istəyirəm. Onun qoxusu üzərinə elə hopub ki, mən sənin qoxunu belə xatırlamıram. Qərarım qəti idi. Və məni seçecek deyə ümid edirdim.Çünki, mən onu sevirdim.
Onun cavabi: - Bilirsən sevgilim, mən səni sevirəm, amma onu səndən öncə sevdim,ona xəyanət edə bilmərəm, sənlə ayrılaram, onla yox!!
Bu son cavab məni sarsıtdı. Sonra isə o " aşkını" cibindən çıxardı, bir dənəsini alışqanla yandırıb dodaqlarının arasına aldi, və onunla bir köşəyə çəkildi.... Mən bir daha anladım ki o məndən öncə onunla evlənib,onla boşanmaq isə heç ağlının ucundan belə keçmir...
Səadət Qərib
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.