AĞADDİN BABAYEV:
Lənkəran teatrında "Cəmilə" tamaşasının məşqləri aparılır
Lənkəran Dövlət Dram Teatrının səhnəsində məşqləri davam etdirilən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında gənc rejissor İmran Ali Qurbanın səhnələşdirdiyi və quruluş verdiyi eyni adlı romantik dramdır.
AZpress.AZ xəbər verir ki, tamaşada cərəyan edən hadisələr ikinci dünya müharibəsinin üçüncü ilində-qırğızlarla qazaxların uzaq cəbhələrdə - Kursk və Oryol ətrafında vuruşduğu vaxtlara təsadüf edir.
Səhnə əsərinin qəhrəmanı cavan qırğız qadınıdır. O, köhnə, patriarxal adətlərin, əsrlərdən gələn ənənələrin ziddinə olaraq inamla öz məhəbbətinə doğru addımlayır.
Tamaşanın bəstəkarı Azər Hacıəsgərli, rəssamı Tərlan Sadıqov, rejissor assistenti Günel Abbaszadədir.
Rolları Aysel Babazadə, Əbülfəz Axundov, Aynur Əhmədova, Buludxan Buludov, Teymur Hacızadə, Emil Rzayev, Gülər Kərimli, Səyad Əliyev, Saleh Əzimzadə, Ayşən Əsədova, Vəfa Hacızadə, Günel Abbaszadə, Amil İbrahimli və Əlirza Şahbazi canlandırırlar.
"Cəmilə" tamaşasının cari mövsümün sonunadək sənətsevərlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.