NƏRİMAN İSMAYILOV:
SABAH qruplarının İncəsənət Festivalı keçirildi
2023-cü il 24-26 may tarixlərində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan SABAH qruplarının İncəsənət Festivalı keçirildi.
Elm və Təhsil Nazirliyinin dinamik inkişaf edən SABAH qrupları layihəsi 2014-cü ildən fəaliyyətə başlamış, hazırda 11 ali təhsil müəssisəsi, 38 ixtisas və ümumilikdə 2563 tələbəni əhatə edir. Artıq bir neçə ildir ki, ənənəvi olaraq İncəsənətlə bağlı SABAH qruplarında təhsil alan tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etmək məqsədilə keçirilən SABAH İncəsənət Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının tələbələri öz bilik, bacarıq və hazırlıq səviyyələrini əyani nümayiş etdirmək imkanı əldə edirlər. Festival günləri ərzində rəssamlıq, musiqi, teatr və memarlığın müxtəlif səhələri üzrə birgə və ayrılıqda təqdimatlarla tanışlıq oldu.
24 may tarixində isə festivalın təntənəli açılış konserti keçirildi.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən – “Tarixə çevrilən ömür” adlı qısa videoçarx nümayiş olundu.
Ardınca çıxış üçün söz növbə ilə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini cənab Firudin Qurbanova, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə verildi.
Daha sonra festivalın açılışının davamı olaraq Bakı Musiqi Akademiyasının SABAH qruplarının beynəlxalq və respublika müsabiqələri laureatı tələbələri tərəfindən məxsusi bu tədbir üçün hazırlanmış klassik musiqi konsertinə yer verildi.
Konsert gecəsində BMA-nın istedadlı tələbələri Günel Hacıyeva, Əsmər Alxazova, Namiq Səlimov, Fidan Yunus, Fərid Hacıyev, Faiq Əlizadə, Rasimə Abdullayeva, Nəriman Məsimov, və Bakı Musiqi Akademiyasının SABAH qrupunun xoru (Bədii rəhbər Dmitriy Babayev), Nəfəs alətləri kvinteti (Bədii rəhbər Anar Məmmədov) parlaq çıxışları ilə tamaşaçıların zövqünü oxşadılar.
Zəngin çalarlı konsert proqramında Azərbaycan Xalq mahnıları “Küçələrə su səpmişəm”, “Sarı gəlin” və Cahangir Cahangirovun “Qarabağ”, Ramiz Mirişlinin “Naxçıvan təranəsi”, Fikrət Əmirovun “Ekspromt” № 2, Leroy Andersonun “Buglers holiday”, Frans Şubertin “Serenada”, Nazim Əliverdibəyovun “Elegiya”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, İldırımlı yollarla” baletindən “Qızların rəqsi” əsərləri dinləyicilərə təqdim olundu.
Bayram ab-havalı konsert proqramı Bakı Musiqi Akademiyasının SABAH qruplarının orkestri və Naxçıvan Filarmoniyasının kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə sona çatdı.
Tədbir tamaşaçıların böyük marağına səbəb olaraq, gurultulu alqış sədaları altında başa çatdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.