HÜMBƏT QULİYEV:
Qızılgül və tikan (pritça)
Qızılgülün tikanı, qızılgülü bikef görüb soruşur:- dünyanın ən gözəl gülü niyə qəmgindir?
- Niyə qəmgin olmayım ki?
Axı məni yaradan niyə sənin kimi tikanları yapışdırıb mənə?
Tikanlarsız mən daha gözəl olardım, mənə yaxın gəlmək istəyənlərin sayı daha da çox olardı. Sənə görə mənə hər kəs yaxınlaşa bilmir.
Məni sevmək istəyənlər səni təhlükə kimi görürlər.
Axı sən mənim nəyimə gərəksən?
Tikan bir az fikrə dalıb deyir:
- Sən güllərin şahzadəsisən, şahzadəyə hər kəs yaxın dura bilərmi? Mən ona görə varam ki, hər kəs yox, yalnız seçilmişlər, səni özlərindən çox sevənlər cəsarətlənib sənə yaxınlaşa bilsinlər.
Sənə hamı yaxınlaşa bilsəydi, bülbüllər sənin şəninə cəh- cəh vurardılarmı?
Qızılgül bir az fikrə dalıb, yenə tikana müraciət etdi:- Bax mən necə gözələm, xoş ətrimdən də hamı bihuş olur. Mən öz zərif gözəlliyimlə fəxr edə bilərəm.
Bəs sən tikanın sevinməyə heç olmasa bir səbəbi varmı?
Tikan gülümsəyib deyir:- Bax, bu qədər gözəl yaradılmağına baxmayaraq, qəmginsən.
Amma mən tikan yaradılsam da, sevinirəm ki, Yaradan mənə sənin kimi gözəllə əbədi qonşuluq bəxş edib.
Hər gün yuxudan oyanıb sənin kimi gözəli yanında görməkdən böyük xoşbəxtlik ola bilərmi?
Qızılgül dərindən ah çəkib, oxuyan bülbüllərin səsinə daldı...
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.