MAHİR ƏHMƏDOV:
VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI
“HEYDƏR ƏLİYEV İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI Xətai Rayon İcra Hakimiyyətinin qarşısında 27 may 2023-cü il saat 10:00-da açıldı.
Tədbiri giriş sözü ilə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq tədbir iştirakçılatını salamladı.
Söz alan Xətai rayon İcra başçısının müavini Rafiq İsayev ,Xətai Rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Kərimzadə , Neft –Kimya Prosesləri İnstitunun direktoru,akademik Vaqif Abbasov,Azərbaycan Rəssamlar İttifaqının sədr müavini,professor Ağəli İbrahimov, Əməkdar İncəsənət Xadimi,Sənətşünas Ziyatxan Əliyev, Xətai Sənət Mərkəzinin direktotu Zahid Əvəzov öz ürək sözlərini festival iştirakçıları ilə bölüşdülər.
Tədbirin bədii hissəsi Xətai rayonunun müxtəlim musiqi kollekiflərinin çıxışları ilə davam etdi
Nahar fasiləsindən sonra Rəssam Cəlal Ağayevin fesival iştirakçıları üçün nəzərdə tutulmuş Master klası ilə davam etdi.
Festival hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması və
təntənəli bağlanışla başa çatdı
Festivalın qalibləri
15-21 yaşa qədər
Zeynalabduyeva Narın (I yer)
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Vəzirova Gülrux (II yer)
T.İsmayılov adına 6 saylı məktəb-lisey
Xudaverdiyeva Fəridə (III yer)
EDUGrata təhsil mərkəzi
11-15 yaş arası
Süleymanlı Hüseyin (I yer)
4 saylı Uşaq İncəsənət Məktəbi
Əzizli Məhəmmədəli (II yer)
İmişli rayon Uşaq İncəsənət Məktəbi
Abbaslı Selcan (III yer)
Kəlbəcər Uşaq İncəsənət Məktəbi
11 yaşa qədər
Əliyev Furqan ( I yer)
EDUGrata təhsil mərkəzi
Kərimzadə Məlahət (II yer)
248 saylı tam orta məktəb
Musayev Nuran (III yer)
Kürdəmir şəhəri 5 saylı məktəb
Nəzərinizə çatdıraq ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə VI “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində mövzusu “Güllər” olan uşaq yaradıcılıq müsabiqəsi elan olunmuşdur.
Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir vəhər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq festivala dəvət olunmuşdur
Tədbirin dəstəkçisi Niderlandın boya markası olan“Royal&Talens”in Artcreation brendidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.