HÜMBƏT QULİYEV:
Kisəçi (hekayə)
- Ata, axı mən niyə sənin kimi kisəçi olmalıyam. Babam kisəçi, sən kisəçi. Bəlkə məndə bu peşəyə nöqtə qoyaq? Məktəbdə utanmışam deməyə ki, atam kisəçidir.
Mən də vergidə, gömrükdə elə avtomobil müfəttişliyində işləyə bilərəm. İşi, iş, hörməti də hörmət.
Oğul, əlbəttə ki, mən səni məcbur edə bilmərəm. Amma sadaladığın işlər sənət, peşə deyil axı.
Sadaladığın işlərlə bağlı bir lətifə yadıma düşdü. Bu lətifə gülməli olduğu qədər də ağlamalıdır.
Birinə sual verirlər ki, polkovnik oğlu general ola bilərmi? Cavab verir ki, niyə də olmasın, ola bilər. Sual verən özü cavab verir: - polkovnik oğlu general ona görə ola bilməz ki, generalın öz oğlu var.
Əgər o peşələrin əlavə nələrisə gətirə biləcəyini düşünürsənsə, seçiminə yalnız təəssüf edə bilərəm.
Seçimində azadsan, amma fikrimi deyim; kisəçi peşəsi Azərbaycanda çoxdan mövcuddur. Misal üçün Bakımızda olan “ Bayraməli hamamı” həmişə Bəy hamamı kimi məhşur olub. 12-13 əsrlərdə tikilən bu hamamı 1881- ci ildə bənna Bayraməli yenidən bərpa edib.
Corat kəndindəki Hacı Məcid hamamı 16- cı əsrə aiddir. .
Sən bilirsən Bakıya gələn xaricilər kisələnməyi necə sevirlər? Keçən həftə bir alman gəlmişdi hamamıza, kisə ilə onun bədənindən nə qədər kir çıxartdığımı görüb gözləri bərələ qalmışdı. Kiri görüb tərcüməçi vasitəsilə mənə dedi ki, belə çıxır ki, mən ömrüm boyu çimməmişəm,
duş qəbul edirdim, elə bilirdim çimirdim. Bir gündən sonra bir də gəldi o alman, yenə kisələnmək istədi. Başa saldım ki, həftədə bir dəfə kifayət edir. Getmədi, qaldı ki, hamamın ab- havası onun xoşuna gəlib, çay içdi, müştərilərlə ünsiyyətdə oldu
Kisəçi gözəl peşədir. Bilirsən mənim yanıma necə insanlar gəlir? Alimlər, şairlər, yazıçılar, məşhur idmançılar, vəzifəsi, paqonları olanlar da çoxdur. Hamamda hamısı sadə olurlar, təkəbbür görməzsən hamamda. Bilirsən niyə? Hamı lüt və eyni geyimdədir. Geyim hamını bərabərləşdirir. Hər kəs pulundan, vəzifəsindən asılı olmayaraq görür ki, o da hamı kimidir, dəsmalın, mələfənin üstünə paqon qoyula bilmir axı.
Bilirsən onların arasında ən hörmətli adam kimdir? Kisəçi!
Hamı olduğu kimidir, heç kəs səninlə olduğundan yaxşı görünməyə çalışmır. Yaxşı da pul verirlər, çünki başa düşürlər ki, onlar üçün ən vacibi canlarının rahatlığıdır. Təmizlənəndən sonra da yüngülləşirlər, əhvalları yaxşılaşır, ürəkləri açılır, sevinirlər uşaq kimi…
Bilirsən o halda necə maraqlı söhbətlər edirlər müştərilər? Hamamın içində olsan da, çöldə olanlardan yaxşı xəbərdar olursan.
lətifə danışmağa növbə düzülür, qaradinməz adamların belə dili açılır. Sən də olursan bu ünsiyyət qonaqlığının mərkəzində.
Böyük vəzifə insanı böyük etmir, insanı böyük edən onun adamlığı və qabiliyyətidir. Kiçik vəzifədə də olub böyük insan olmaq olar. Hər şey insanın özündən asılıdır.
-Ata, deyirsən ki, bu kisəkeş peşəsinin heç çatışmayan cəhəti yoxdur?
Ata bir az susdu, sonra gözlərini qıyıb yavaş səslə dedi: - Var, bala!
Bir böyük çatışmazlığı var bu peşənin.
- De, ata, xahiş edirəm, o böyük çatışmazlığı mənə de.
Ata ağzını oğlunun qulağına yaxınlaşdırıb pıçıldadı:- Oğlum, bu peşənin ən böyük qəbahəti odur ki, kisəçinin öz kürəyini istədiyi kimi kisələyən olmur!
Bu sözlərdən sonra ata- bala gülüşüb, qucaqlaşdılar…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.