“Yeni adlar”da piano axşamı
Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafı, bu sahədə yeni istedadlı nəslin yetişməsi və tanınması məqsədi daşıyır. 2022-ci ilin mart ayından həyata keçirilən layihə maraqlı konsert proqramları ilə davam edir. Bu il layihə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur.
31 may 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirildi.
Pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli solo konsert proqramı ilə çıxış etdi.
Konsertdən əvvəl BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Xalq artisti, professor Yeganə Axundova diqqətə çatdırdı ki, “Yeni adlar” layihəsi çərçivəsində bu günədək 20-dən artıq gənc musiqiçi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində orkestr müşayiəti ilə çıxış etmişdir. Layihə çərçivəsində artıq solo konsertlər başlayır. Bu konsertlərin ilki pianoçu Nərgiz Kəngərli tərəfindən təqdim olunacaqdır.
Sonra musiqiçi səhnəyə dəvət edildi.
Konsert proqramda Robert Şumanın “Simfonik etüdlər” (op.13), Pyotr İliş Çaykovskinin “Dumka” (op.59) və Sergey Prokofyevin 4 nömrəli sonata (op.29) əsərləri səsləndirildi və tamaşaçıların alqışları ilə qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.