Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin büstünü və “Şəhidlər bağı”ndakı abidə-kompleksini ziyarət etmiş, onların qarşısına gül-çiçək dəstələri düzüblər.
Mədəniyyət Mərkəzinin foyesində davam edən tədbirdə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər, kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.
Daha sonra Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsinin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. O, Vətən torpaqlarının toxunulmazlığı, Azərbaycanın suverenliyi, Qarabağda başlanan separat hərəkətlərə öz etirazını bildirən xalqımızın öz etiraz səsini ucaldaraq, bu günlərdə tariximizin əsl qəhrəmanlıq səhifəsini yazdıqlarını bildirib. Samir Abbasov tariximizin şanlı səhifəsi və qürur günü kimi qəbul edilən 20 yanvar hadisələrinin vətəndaşlarımızı, soydaşlarımızı daha da birləşdirdiyini və onların mübarizliyini daha da artırdığını qeyd edib.
O, bu hadisələr zamanı Azərbaycanın informasiya blokadasında olduğunu, xalqımızın səsinə səs verən Ulu öndər Heydər Əliyevin Sovet rəhbərliyinə öz kəskin etirazını bildirməsi, Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə dair açıqlamalarını Azərbaycan xalqının heç zaman unutmayacağını bildirib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, sovet ordusunun hissələri o gecə xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olub, dinc əhali döyüş maşınları, tank, pulemyot, avtomat və digər silahlardan atəşə tutaraq insanları qətlə yetirməsi əsl xəyanət idi. O, Azərbaycan xalqının mübarizliyi, öz torpağına, Vətəninə bağlılığı haqqında danışaraq, məhz, şəhidlərin qanı bahasına bugün Azərbaycan regionun və dünyanın sayılıb, seçilən ölkəsinə çevrilib.
Türkiyənin Özbəkistandakı səfirliyinin katibi Buğra Doğan Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb, 20 Yanvar hadisəsi zamanı Bakıda törədilmiş zorakılıqları pisləyib, belə qanlı hadisələrin təkrarlanmamasını arzu edib.
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarının Azərbaycan xalqının müqavimət hissini qıra bilmədiyini, qəhrəman xalqımızın mübarizliyi nəticəsində 28 ildən sonra Vətən torpaqlarımızın azad edildiyini qeyd edib.
Tədbirdə çıxış edən Daşkənddə yaşayan soydaşımız Kifayət Hüseynova çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən qatı bəşəri cinayət olduğunu, Azərbaycan xalqının isə şanlı bir tarix yazdığını deyib.
Mədəniyyət Mərkəzində tədbir zamanı 20 yanvar hadisələrinə həsr olunmuş videomaterial nümayiş etdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.