Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların sevinci” adlı konserti təşkil olunub
İyun ayının 1-də Gürcüstanın Tblisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi iştirakçılarının 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların sevinci” adlı konserti təşkil olunub. Konsertin əvvəlində çıxış edən Filarmoniyanın direktor müavini, “Gənclərə dəstək” layihəsinin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə tamaşaçılara layihə haqqında geniş məlumat verib və eyni zamanda bayram münasibəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəl-zadənin təbriklərini çatdırıb. Solistlər respublika və beynəlxalq müsabiqələr laureatları Ağa Ramazanlı (tar), Ləman Qurbani (piano), Adnan Kərimli (zərb alətləri), Zəhra Zeynalova (piano), Surə Rüfət (violin), Nuray Həsənli (piano), Baçi Mikeladze (piano), Aleko Kidelidze (piano), Tamar Kvitsiani (piano), Elene Meparişvili (violin), Ana-Maria Getsazde (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib. Konsertin sonunda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva iştirakçılara təşəkkürünü bildirib və onlara diplomlar təqdim edib. Beləliklə, "Uşaqların sevinci" adlı konsert iştirakçılarına ölkələrinin mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməyə və digər ölkələrin milli mədəniyyəti ilə tanış olmağa imkan verdi. Konsertin təşkilatçılarından tamaşaçılar və iştirakçılar üçün hazırlanmış xatirə hədiyyələri, suvenirlər xoş bir əlavə idi. Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru — Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.
AZpress AZ,Minə Türksoy.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.