ELMAN ELDAROĞLU:
Qədirbilən oxucuları Kəmalə Abıyeva ilə keçiriləcək İmza saatına dəvət edirəm
Balaca bir uğurundan pərvazlanıb, tovuz quşu kimi quyruğunu qaldırıb, başını dik tutanları az görməmişik. Özlərini elə aparırlar ki, sanki ətdən deyil, qızıldan törəyiblər. Dərk etmək istəmirlər ki, Yer kürəsində qıpıq gözlülü, qara dərili, ağ, sarı, bənövşəyi, qəhvəyi sifətli yeddi milyard insandan biri də onlardır. Nə qədər uğurları böyük olsa da, əllərində gəzdirdikləri telefonu kəşf edən adam qədər nəhəng deyillər. Təyyarəni düşünüb icad edən insandan çox balacadırlar...
Belələri qələm adamlarının arasında da var. Elə düşünürlər ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli və s. kimi tarixdə əbədi yaşayacaqlar. Deyən də yoxdur ki,- Ayə, a başına dönüm, bir az aşağı düş ki, yerində olasan. Sən axı Allahın qulusan...
Bəli, səmimiyyət insanda ən məsum xüsusiyyətdirsə, sadəlik ən gözəl yaşam tərzidir. Kəmalə Abıyeva ilə üz-üzə gələndə, bəlkə də görkəmindən çox adam onu tanımır. Amma sözlərinə yazılan mahnıları hamı sevə-sevə dinləyir. Təkcə "Məktəb illəri" mahnısının sözləri bəs edir ki, müəllifini ən azı yüz il yaddaşlarda yaşatsın. O qədər sadə, o qədər mehribandır ki, onunla həmsöhbət olanda zövq alırsan. Heç vaxt özünü yuxarıdan aparıb, pafoslu cümlələrlə söhbətinə süni boya çəkmir. Davranışı da gözəlliyi kimi təbiidir. Heç vaxt şeiri, sənəti ilə öyünmür, kiminsə yanında özündənrazılıq etmir. Göründüyü kimi var, olduğu kimi də görünür. Hər dəfə onu görəndə, adama elə gəlir ki, doğmasıyla üz-üzə gəlir. Əlbəttə, bu ali keyfiyyətləri Allahı, özünü dərk etdiyindən qaynaqlanır...
Mən qədirbilən oxucuları iyunun 8-də, saat 17:00-da "Elmlər akademiyası" metrostansiyasının yanındakı parkda Kəmalə Abıyeva ilə keçiriləcək İmza saatına dəvət edirəm. Gəlin həm gözəlliyinə heyran olun, həm də ki, yaradıcılığından zövq alın.
Bir ananı sağlığında sevindirmək, öləndən sonra məzarında bitməkdən min dəfə yaxşıdır. Öz imzası ilə kitabını alaq ki, yaradıcılığına təkan, növbəti kitablarının işıq üzü görməsinə dəstək olsun!
İyunun 8-i, saat 17:00-da Elmlər akademiyası parkında görüşənədək...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.