Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib
Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyi (TDT) və Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının dəstəyi ilə Astanada Türk Dünyası Birgə Əlifba Komissiyasının ilk iclası keçirilib
Tədbirdə komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, türk dövlətlərinin əlifbalarının uyğunlaşdırılması qardaş ölkələr arasında əməkdaşlığı artıracaq mühüm amillərdən biri hesab olunur. 2021-ci ildə TDT Dövlət Başçılarının 8-ci Zirvə Toplantısında qəbul edilən “Türk Dünyası 2040 Baxışı” sənədində TDT-yə üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün əlifba və terminologiyada birliyə nail olunmasının hədəfləndiyi bildirilir. Lakin Türkiyə Akademiyasının yaradılması ilə bağlı müqavilədə ortaq əlifbanın hazırlanmasının Akademiyanın məqsədlərindən biri olduğu qeyd olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.