AKİF AĞAYEV:
Avropa İttifaqının və 12 ölkənin səfiri Lənkəranda
“Avropa şəhərciyi” Lənkəranda
Lənkəran-Astara regionunun sakinləri iyunun 10-da Lənkəran şəhərində unudulmaz gün yaşayıblar.
Avropa İttifaqının ənənəvi tədbiri - “Avropa şəhərciyi” bu dəfə Lənkəranda keçirilib.
Şəhərin Heydər Əliyev adına parkında, açıq havada baş tutan möhtəşəm "Ay Lolo, Avropa İttifaqı Lənkəranda!" adlı mədəniyyət festivalına Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi, Belçika və İsveç Krallıqlarının, Bolqarıstan, Çexiya, Latviya, Litva, Estoniya, Polşa Respublikalarının, Almaniya Federativ Respublikasının, Rumıniyanın, Niderlandın, Xorvatiyanın səfirlikləri, Lənkəran və ətraf rayonların sakinləri qatılıblar.
Tədbirin açılış mərasimi öncəsi Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan, Aİ-nin regionun, o cümlədən Lənkəran-Astara iqtisadi rayonuna daxil olan altı rayonun inkişafındakı rolundan danışıb, “EU4Lankaran” layihəsinin regionun inkişafındakı töhfəsini yüksək qiymətləndiriblər.
Çıxışlar zamanı xalqların zəngin mədəniyyətini tanımağa, Avropa müxtəlifliyini, dəyərlərini öyrənməyə imkan verən belə bir möhtəşəm tədbirə Lənkəranın ev sahibliyi etməsindən məmnunluq bildirilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın Azərbaycan dövlətinin xarici siyasət kursunda əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Aİ indiyə qədər Azərbaycana 20 milyard dollardan çox investisiya qoyub, blok həmçinin Azərbaycana texnik dəstək üçün indiyə qədər 640 milyon dollar yardım edib: “Aİ ölkələri Azərbaycanda indiyə qədər 57-dən çox tvinninq layihəsi həyata keçirib ki, bu da ən yaxşı Aİ təcrübəsinin Azərbaycanda təşviqi deməkdir. Bu gün Azərbaycan enerji təchizatı sahəsində Aİ-nin ən etibarlı tərəfdaşına çevrilib...”
Sonra Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar.
Qonaqlar və tədbir iştirakçıları Avropa İttifaqı ölkələrinin mədəniyyəti və ənənələri, mətbəxi, həmçinin təklif etdiyi təhsil və turizm imkanları ilə tanış olublar.
Həmçinin nümayiş olunan sərgilərdə regionda bir çox sahələrdə əldə edilən uğurlar, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də turizm potensialı barədə xarici diplomatlara və iştirakçılara geniş məlumat verilib.
Aİ-nin təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələrin nümayəndələri tədbir iştirakçılarını layihələrinin üstünlükləri barədə məlumatlandırıblar.
Festival çərçivəsində uşaq və böyüklər üçün müxtəlif müsabiqələr, yarışlar, əyləncəli şoular təşkil olunub.
Axşam saatlarına qədər davam edən tədbir şəhərin mərkəzi meydanında konsert proqramı ilə başa çatıb.
Məlumat üçün bildirək ki, “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi 2021-ci ilin iyun ayında elan olunub. Lənkəran şəhəri “Avropa İttifaqı Mədəniyyət naminə” (EU4Culture) qrant müsabiqəsinin qalibi olub. Bu layihə Avropa İttifaqı tərəfindən Höte İnstitutunun koordinasiyası ilə Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhər və qəsəbələrində mədəniyyət və yaradıcı sektoru dəstəkləmək məqsədilə həyata keçirilir.
Layihə kiçik və orta biznes sahələri üçün perspektivlər yaradır, eləcə də yerli sakinlərə gəlirlərini artırmağa kömək edir. Strategiyanın icra müddəti iki il müəyyənləşdirilib.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.