Ağsu rayonu Gəgəli bələdiyyəsinin “Tərəkəmə Yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsinin icra olunmasına başlanılıb
Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qaliblərindən biri Ağsu rayonu Gəgəli bələdiyyəsidir. Bələdiyyə iyun ayının 1-dən “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsinin icrasına başlayıb. Layihə Ağsu rayonu Gəgəli kəndi ərazisində bütün mövsümlərdə tərəkəmə həyat tərzini bir yerdə yaşamaq, onu əyani olaraq təcrübə etmək imkanı yaradır. Kiçik bir tərəkəmə təsərrüfatı əsasında lokal tərəkəmə həyatını xatırladan bir neçə çadırdan ibarət öz tarixi adını təmsil edən - "Axtaçı" adlı obanın formalaşdırılması nəzərdə tutulur. Turistlər həmin obaya gəlib orada müddətli yaşaya, birbaşa həmin tərəkəmə həyatına daxil ola biləcəklər. Onlar heyvanların saxlanılması, otarılması, sağılması, qırxılması və s. bütün proseslərə qoşula biləcəklər. Bu yolla Gəgəli kəndində eko-etno-aqro turizm inkişaf etdiriləcək. Bu məqsədlə 23 fevral 2023-cü il 05 saylı bələdiyyə iclasının qərarına əsasən bələdiyyəyə məxsus iki hektar torpaq sahəsi bələdiyyə müəssisəsinin istifadəsinə verilib. Həmin torpağın həmişə yaşıl saxlanılması, tövlələrlə yanaşı tərəkəmə alaçıqlarının quraşdırılması, kiçik emal müəssisəsində süd, pendir, qaymaq və s. məhsulların yerindəcə istehsalı və istehlakı mümkün olacaq. “Tərəkəmə yurdu”nun həyəti restoran kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, indiyə qədər dördü keçirilən “Tərəkəmə çərşənbəsi” Beynəlxalq Folklor Festivalı, planlaşdırılan və yenə də folkorla bağlı olan “Tərəkəmə marafonu”, eləcə də həvəskar at yarışları folklor turizmi məkanı ilə bağlı olacaqdır. Bələdiyyə bu layihəni Axtaçı obasının oturaqlaşması nəticəsində yaranmış Gəgəli kəndinin folkloru, adət-ənənələrini turizmə qazandırmaq, tərəkəmə həyat tərzi ilə bağlı olan ekoloji təmiz kənd məhsulları ilə yerindəcə turistləri tanış eləmək, onların iaşəsini təmin etmək üçün seçib. “Tərəkəmə yurdu” folklor turizmi məkanından məqsəd YUNESKO siyahısı üçün prioritet hesab edilən tərəkəmə həyat tərzi ənənəsini və tərəkəmə çərşənbəsi festivalını dünya səviyyəsində təqdim etməkdir. Layihənin rəhbəri və müəllifi Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 7-ci bəndinə görə dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun artmasına imkan yaradır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə görə bələdiyyə büdcəsi həm də fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları əsasında formalaşır. Bu mənada Gəgəli bələdiyyəsinə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən ayrılan qrant kəndin inkişafında mühüm mərhələ olacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.