Şəki Regional Elmi Mərkəzinin əməkdaşları
Baş Küngüt, Baş Kəldək, Oraban və Bideyiz kəndlərinə aid folklor nümunələri əldə ediblər
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri İradə Yusifova, həmin şöbənin elmi işçisi Tural Adışirinov və baş laborantı Adışirin Xəlilov Şəki rayonunun Baş Küngüt, Baş Kəldək, Oraban və Bideyiz kəndlərində ekspedisiyada olublar.
Baş Küngüt kəndində icra nümayəndəsi Şahin İslamovla söhbətlər aparılıb, onun təklifi ilə kənd ağsaqqalı Səmədov Əziz Nurəmməd oğlundan (1935) folklor nümunələri, kəndin adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi barədə məlumatlar alınıb.
Daha sonra bələdiyyə sədri Rahib Abbasovun köməkliyi ilə kənd ağsaqqalı, 44 günlük Vətən müharibəsində təqaüdünü orduya bağışlayan, icra nümayəndəliyinin həyətində ucaldılan dahi şairimiz Nizami Gəncəvinin heykəlini təmir etdirən Hikmət Musayevin evində görüş təşkil olunub. Müdrik el ağsaqqalı bildiyi folklor örnəklərini əməkdaşlarla bölüşüb.
Baş Kəldək, Oraban və Aşağı Kəldək kənd icra nümayəndəsi Cavanşir Məsimovun vasitəçiliyi ilə ağsaqqal ziyalı Əliəşrəf Qədirovun evində 2023-cü il tədqiqat iliylə bağlı nəzərdə tutulmuş istiqamətlərdə söhbətlər aparılıb.
Şöbə əməkdaşları Baş Küngüt icra nümayəndəsi Şahin İslamovun dəstəyi ilə bələdiyyə binasında kənd ziyalısı 1940-cı il təvəllüdlü, uzun illər aqronom, kolxoz sədri işləmiş Xamməd Əliyevlə də görüşərək kəndin adət-ənənələri, məişəti, məşğuliyyəti barədə məlumatlar toplayıblar.
Ekpedisiya zamanı maraqlı məlumatlar qeydə alınıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.