RÜSTƏM İSMAYILOV:
"Çiçəyim" uşaq teatrının qazandığı uğurlar
"Çiçəyim" uşaq teatrı 26 ildir ki, fəaliyyət göstərir. "Çiçəyim"uşaq teatrının əvvəlki illərdə məzun olmuş üzvləri hazırda peşəkar aktyorlar, rejissorlar, aparıcılar, modellər, rəssamlar və digər peşə sahibləridir. Keçən ilki məzunları isə ali məktəblərdə təhsil alırlar.
"Çiçəyim" uşaq teatrının balaca aktyorları Elm və Təhsil nazirliyinin, Heydər Əliyev fondunun, Bakı kitab mərkəzinin,Türkiyə irsi fondunun və başqa qurumların tədbirlərində, bütün milli telekanallarda, Heydər Əliyev sarayı, Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində, Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində, Gənc Tamaşaçılar Teatrında səhnəsində, Buta palaceda, Gülüstan sarayında və digər möhtəşəm səhnələrdə uğurla çıxış edirlər.
Balaca aktyorlarımız Türkiyədə, Niderlandda, İspaniyada, Ukraynada keçirilən festivallarda çıxış etmiş, bayrağımızı göylərə ucaltmışlar.
Son illərdə teatrın üzvləri Belarusiyada və Qazaxıstanda keçirilən onlayn müsabiqələrdə iştirak edərək birinci,ikinci,üçünçü yerlərə layiq görülmüşlər. Bu il isə Qazaxıstanda keçirilən müsabiqədə 1-ci, 2-ci, 3-ü yerlərlə yanaşı qran-pri də qazanıblar. Elm və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim" uşaq teatrı artıq üçüncü ildir ki " Mən gözələm" adlı dəb yarışması keçirir. Bu gün keçirilən "Mən gözələm-3" dəb festivalında 4-13 yaşlı uşaq və yeniyetmələr yarışaraq müxtəlif geyimlər nümayiş etdilər. Gündəlik, idman, milli və ziyafət geyimlərindən ibarət olan rəngarəng çıxışları ilə səhnədə öz məharətlərini göstərdilər. Uşaqları qiymətləndirmək üçün hörmətli münsiflər heyəti təşrif buyurmuşdu. Münsiflər heyətinin üzvləri:
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, əməkdar müəllim Lalə Qəti, Pantomim teatrının aktyoru və direktoru, əməkdar artist Elman Rəfiyev, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, qrim ustası, əməkdar artist Maqsud Məmmədov, Qrafik rəssam, illustrator, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Ramil Əliyev, Rəssam-modelyer, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Quluzadə, Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası, müğənni Səbinə Məmmədova uşaqları yüksək qiymətləndirdilər.
Moda nümayişindən əlavə teatrın digər aktyorları maraqlı çıxışlarla teatrın repertuarındakı tamaşalardan parçalar göstərərək, tədbirə rəng qatdılar.
Beləliklə, yarışmanın sonunda iştirakçıları müxtəlif naminasiyalar üzrə mükafatlandırdılar.
Belə ki,
1. Əliyeva Fatimə "Miss kreativ"
2. Əhmədli Məryəm "Miss incəlik"
3. Nəzərli Məryəm "Miss incəlik"
4. Səfərova Gülay "Miss zəriflik"
5. Ramazanova Yasmin "Miss qlamurr"
6. Xəlilova İncinur "Miss gözəllik"
7. Əhməd Sara "Miss gözəllik"
8. Əsədova Fərəh "Miss nazlı"
9. Nuri Esma "Miss nazlı"
10. Şirəliyeva Fatimə "Miss zəriflik"
11. Sarıduman Rabiya Simay "Miss cazibə"
12. Rufullayeva Bətül "Miss təbəssüm"
13. Səlimli Abdurəhman "Mister alicanab"
14. Rüstəmli Ömər "Mister zövqlü"
15. Əhməd Səid "Mister yaraşıqlı"
16. Əsədov İsmayıl "Mister qamət"
17. Abdullayev Rasim "Mister yaraşıqlı"
18. Abidov Elmir "Mister özgüvən" naminasiyalarına layiq görüldü.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.